“AKVAREL TƏƏSSÜRATLARI” adlı akvarel əsərlərindən ibarət satış sərgisi keçiriləcək

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi ("IWS Azerbaijan") və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalareyasının təşkilatçılığı ilə 2022-ci ilin 23 yanvar tarixində ölkəmizdə sulu boya sənətinin inkişafı, təbliği bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə Beynəlxalq Akvarel Cəmiyyətinin (IWS Globe International Watercolor Society) 10 illik yubileyinə həsr olunmuş “AKVAREL TƏƏSSÜRATLARI” adlı akvarel əsərlərindən ibarət satış sərgisi keçiriləcəkdir.   Sərgidə iştirak etmək istəyən rəssamlar akvarel (sulu boya) texnikasında işlənmiş əsərinin (əsərlərinin) keyfiyyətli fotosunu və özü haqda məlumatı (ad, soyad, əsərin adı və ölçüsü) [email protected] e-mail ünvanına göndərməlidir. Göstərilən e-mail ünvanına bir müəllif bir neçə iş göndərə bilər. Təqdim edilən əsərlər arasından sərginin təşkilatçıları tərəfindən hər müəllifin 1 və ya 2 əsəri sərgidə nümayiş olunmaq üçün seçiləcək.   Seçim "IWS Azerbaijan"ın Bədii şurası tərəfindən keçiriləcək; Əsərlər "IWS Azerbaijan" tərəfindən keçirilən sərgilərdə indiyədək sərgilənməyən, son 3 il ərzində çəkilmiş olmalıdır; Başqa rəssamların əsərlərinin surətləri qəbul edilmir; Mövzu və ölçü sərbəstdir; Texnika: 90 % akvarel boya kağız üzərində olmalıdır; Son müraciət tarixi: 30 dekabr 2021-ci il; Sərgi üçün seçiləcək əsərlərin qəbulu: 18 yanvar 2022-ci il. Sərginin iştirakçılara hədiyyələr və sertifikatlar təqdim ediləcək. Elektron kataloq hazırlanacaq.   Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.   Hollandiyanın boya markası olan“Royal&Talens”in "Artcreation" brendi tərəfindən tədbirin təşkilinə dəstək verilib. Mətbuat dəstəkçiləri: Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərtac, Mədəniyyət qəzeti, Azpress.az, Milli.az, Trend news agency, Day.az, Edumap, Eduonline.az, Frame.az, xsm.az və "Tanışolaq" jurnalı.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az