2 May 18:12

Aleks Sucunq-Kim Penq / “İstirahətin əhəmiyyəti”

“İnsan: Özünü dərk et” layihəsi çərçivəsində 16 və 17 may tarixlərində istirahət mövzusunda tədqiqatın eksperti, tanınmış amerikalı mütəxəssis Aleks Sucunq-Kim Penqin “Yaradıcı yanaşmanın və məhsuldarlığın inkişaf etdirilməsi üçün istirahətin vacibliyi” mövzusunda ödənişsiz olaraq ilkin mühazirə və təlim keçirəcək.

Futurist, yazıçı Silikon Vadisinin biznes məsləhətçisi Aleks Penq nə qədər çox işləsək, nəticə bir o qədər yaxşı olacağı mifini dağıdır. O, şüurlu istirahətin zehni və fiziki enerjini bərpa etmək və bununla yanaşı, düzgün istifadə edildikdə innovativ düşüncəni stimullaşdırmaq və yaradıcı həyatı inkişaf etdirmək imkanına malik olduğunu kəşf edib. Hamımız istirahət edirik, amma biz bunu daha yaxşı edib daha çox fayda əldə edə bilərik.

Doktor Aleks Sucunq-Kim Penq Pensilvaniya Universitetinin tarix və sosiologiya üzrə elmlər namizədidir. O, Villiams, Stenford, Berkli kimi kolleclərdə və Devisdəki Kaliforniya Universitetində dərs demişdir. Keçmişdə, Strategy Business Insights-də texnoloji proqnozçu və futurist, Fortune 100 siyahısında olan şirkətlərdə startap məsləhətçisi kimi çalışmışdır. The Restful Şirkətinin təsisçisi və olan rəhbəri Aleks Penq təşkilatlara yaradıcı yanaşmanı və məhsuldarlığı inkişaf etdirmək üçün planlaşdırılmış istirahətdən yararlanmağa kömək edir. O, Facebook, Microsoft, P&G, Jabra və digər şirkətlərdə söhbətlər və seminarlar keçirib.

Əgər səmərəli istirahətin qaydalarını və elmi biliklərlə tamamlanmış məsləhətləri əldə etmək istəyirsizsə, o zaman Sizi Aleks Sucunq-Kim Penqin “Yaradıcı yanaşmanın və məhsuldarlığın inkişaf etdirilməsi üçün istirahətin vacibliyi” mövzusunda olan ilkin mühazirə və təlimində ödənişsiz iştiraka dəvət edirik.

Açıq mühazirə: 16 may, 18:00
Təlim: 17 may, 11:00
Bakı Ali Neft Məktəbi

Təlim və mühazirələrə qeydiyyat burada:
www.insan.yarat.az
Ətraflı məlumat: 0502893132
e-mail:[email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)