30 Oktyabr 06:57

Aleksandr Dzübanin Peşəkar Aktyor Hazirliği Məktəbi

YARAT Müasir İncəsənət Məkanı Aleksandr Dzübanın peşəkar aktyor hazırlığı məktəbinin “BUTA” adlı üçgünlük məşğələ proqramını həyata keçirdiyini elan edir.

Təlim “Ayna bloku”, “Assosiativ qavrayış bloku”, bir də “Nitq-səs bloku” məşğələ hissələrindən ibarətdir və konkret məqsədləri hədəfə alan müəyyən tapşırıqlar toplusu kimi təşkil olunub. Plastika, səs və nitq xarakterli tapşırıqlar insan şüurunun çərçivəsini və dünyagörüşü diapazonunu genişləndirməyə xidmət edir. Aktyorluq yaradıcılığının iki əsas mərkəzinə təsir göstərməyin sayəsində inanılmaz, həndəsi silsilə şəklində artan nailiyyətlər əldə etmək mümkün olur! Həmin mərkəzlər – diqqət və xəyaldır. Bütün tapşırıqlar da elə bu aktiv sahələrin planlı surətdə inkişafa təşviq olunmasına yönəlib.Sonucda isə, keçirilən bu təlimin məğzi – adamın şüurlu fikir cəmləşdirməsinə mane olan müəyyən artıq gərginliyin vücuddan və şüurdan kənarlaşdırılması və bu çıxarılmış enerjinin aktyorun yaradıcı təkmilləşməsinə yönəldilməsi anlamına gəlir.

İştirakçı olmağın şərtləri: yaşınız 16-dan 45-ə qədər olmalıdır, özünüzlə idman geyimi və münasib ayaqqabı, eləcə də bir butulka su və (tövsiyə olunur) yumşaq dizlik gətirməlisiniz.

Qrupda 10-dan 30-a qədər iştirakçı nəzərdə tutulub. Hər məşğələ 3 saat davam edəcək, üç dəfə 5-dəqiqəliq fasilə verməklə. Məşğələlərə peşəkar aktyorlardan başqa, digər yaradıcı peşə sahibi olan şəxslər də qatıla bilər: rəssamlar, musiqiçilər, rəqqaslar və s.

Tarix və ünvan:
13 Noyabr, saat 11:00 – 14:00
14 Noyabr, saat 11:00 – 14:00
15 Noyabr, saat 11:00 – 14:00
YARAT Müasir İncəsənət Mərkəzi
Səbail rayonu, Bayıl qəsəbəsi (Dövlət Bayrağı meydanının yaxınlığında)

İştirak üçün müraciətlər noyabrın 9-na kimi [email protected] e-mail ünvanına göndərilə bilər; məktubun mövzu başlığı kimi məşğələnin adı, edumap.az  göstərilməlidir. Yerlərin sayı məhduddur. Məşğələlər PULSUZDUR!

Bəyən və paylaş