24 Yanvar 19:36

Aleksandr Xakimov “Müraciətlər”

MESSAGES (Müraciətlər) kitabı, varlıq məsələləri haqqında hekayələr, məqalələr, esselər, şeirlər və ssenarilər toplusudur. Müəllif dürüstcə etiraf edir – qaldırdığı bəzi suallara müəyyən cavabı verə bilmədi, lakin oxucunu suallar haqqında müstəqil şəkildə düşünməyə dəvət edir.

Aleksandr Xakimovun asan, əlçatan formada ən ciddi mövzular haqqında yazdığı kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
40 il əvvəl Aleksandr Xakimov orta məktəbi bitirmişdi. Bu hadisə ilə eyni zamanda NASA Yupiter, Saturn və Uran planetlərin öyrənilməsi üçün Voyacer seriyasından olan iki avtomatik zondunu kosmosa göndərmişdir. Bütün bu qırx il Voyacer kosmosda uçdu, onu araşdıraraq məlumatları Yerə ötürdü. Qırx il ərzində Aleksandr Xakimov bilik əldə etdi və müxtəlif mövzular haqqında inadla düşündü. Həmin fikirləri ilə dostları, tələbələr və oxucuları ilə bölüşmüşdü. Onun maraq dairəsi çox geniş idi, amma onun üçün əsas hədəf – düşünən insan idi.

30 yanvar, saat 19:00
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)