17 Mart 09:51

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” 2016-cı ildə növbəti 11-ci dəfə keçiriləcəkdir. Cari ildə Olimpiadanın ilk mərhələsinin 16 aprel, növbəti (final) mərhələsinin isə 30 aprel tarixində keçirilməsi planlaşdırılır. Olimpiadada iştirak etmək üçün 10 aprel 2016-cı il tarixinə qədər qeydiyyatdan keçmək zəruridir.

Olimpiadada hər bir təhsil müəssisəsindən maksimum 4 komanda qeydiyyatdan keçə bilər və hər bir təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən yalnız 1 komandası Olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanacaqdır. Hər komanda 1 rəhbərdən (müəllim) və 3 iştirakçıdan (tələbə) təşkil olunmalıdır.

Olimpiadanın 1-ci mərhələsi 16 aprel 2016-cı il tarixində saat 10:00-da Qafqaz Universitetində keçiriləcəkdir. Olimpiadaya gələn komanda üzvləri şəxsiyyət vəsiqəsi və tələbə biletlərini özləri ilə gətirməlidirlər.

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)