Şənbə, 23 Avqust, 2025

Ali təhsilin doktorantura səviyyəsinə sənəd qəbulu elektronlaşdırılıb


  • Dərc edildi: 1 İyul, 2021 - 08:05
Ali təhsilin doktorantura səviyyəsinə sənəd qəbulu elektronlaşdırılıb

Ali təhsilin doktorantura səviyyəsinə sənəd qəbulu elektronlaşdırılıb

İyulun 1-dənhttps://portal.edu.az/platformasında ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu xidməti aktiv edilib. Belə ki, sözügedən xidmət sayəsində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər “Şəxsi kabinet” vasitəsilə müraciət edə və müraciət üzrə statuslarını izləyə biləcəklər. Müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsi proseslərin daha çevik və keyfiyyətli təşkilinə şərait yaradacaq. Tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə edə biləcəklər. Bununla yanaşı, qeydiyyatın portal üzərindən aparılması məlumatların vahid elektron bazada toplanılmasına, digər xidmətlərlə qarşılıqlı inteqrasiyasına, geniş analiz və hesabatlılığın təmin edilməsinə şərait yaradacaq. Xidmətdən istifadəyə dair aşağıdakı videotəlimatı izləyə bilərsiniz.   <iframe title="YouTube video player" src="https://www.youtube.com/embed/2Xc0N8m0Q60" width="560" height="315" frameborder="0" allowfullscreen="allowfullscreen" data-mce-fragment="1"></iframe>  

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 404
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 80
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7281
Sumqayıt Dövlət Univ...