Cümə axşamı, 7 Avqust, 2025

Ali təhsil pilləsi üzrə akkreditasiya qiymətləndirmə prosesi üçün ekspertlərin seçimi davam edir


  • Dərc edildi: 14 Yanvar, 2022 - 12:22
Ali təhsil pilləsi üzrə akkreditasiya qiymətləndirmə prosesi üçün ekspertlərin seçimi davam edir

Ali təhsil pilləsi üzrə akkreditasiya qiymətləndirmə prosesi üçün ekspertlərin seçimi davam edir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ölkə ərazisində təhsil sahəsində fəaliyyət göstərən müəssisələrin akkreditasiya proseslərini təşkil edir. Akkreditasiya zamanı təhsil müəssisələri və proqramlarının qiymətləndirilməsi Agentlik tərəfindən yaradılmış müstəqil Akkreditasiya Komissiyası tərəfindən icra olunur. Akkreditasiya Komissiyasının üzvləri yerli və xarici təhsildə keyfiyyət təminatı mütəxəssisləri, sahə üzrə elmi işçilər, əmək bazarı və təhsilalanların nümayəndələri arasından qanunvericiliyə uyğun olaraq seçilə bilər. Bu məqsədlə ali təhsil pilləsi üzrə akkreditasiya qiymətləndirilməsi prosesində iştirak etmək istəyən namizədlər üçün Agentlik tərəfindən “Ekspert bankı” yaradılıb. Ali təhsil pilləsi üzrə akkreditasiya qiymətləndirilməsi proseslərində iştirak etmək istəyən və “Ekspert bankı”na CV ilə müraciət etmiş namizədlər üçün Agentlik tərəfindən müvafiq təlimlər təşkil olunur və təlimi uğurla başa vuran namizədlər sertifikatlaşdırılırlar. Yanlız sertifikat əldə etmiş mütəxəssislər müvafiq akkreditasiya komissiyasının üzvü olaraq akkreditasiya prosesinə cəlb olunacaqlar. Müraciət üçün Agentliyin internet səhifəsinin (www.tkta.edu.az) “Ekspert komandamıza qoşulun” bölməsinə daxil olaraq daha ətraflı məlumat edə bilərsiniz. Qeyd edək ki, "Ekspert bankı"na daha öncə müraciət etmiş şəxslərin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Ali təhsil müəssisələrində çalışan elmi ad və elmi dərəcəsi olan namizədlərin müraciəti arzuolunandır.
____________________________________________________________________________________________________________________

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5901
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1132
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 413
“İnnovativ məktəb” l...