23 Sentyabr 00:47

Alman-Azərbaycan Biznes Forumu keçiriləcək

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 27 sentyabr 2019-cu il tarixində Hyatt Regency İclas və Konfrans Mərkəzində növbəti Alman-Azərbaycan Biznes Forumunu keçirəcəkdir.

Alman-Azərbaycan Biznes Forumu Almaniyadan maraq göstərən şirkətləri və Azərbaycanda fəaliyyət göstərən potensial biznes tərəfdaşlarını bir araya gətirir. Forum Sizə yeni biznes ideyalarını müzakirə etmək, birgə layihələrə başlamaq və peşəkar şəbəkənizi genişləndirmək üçün unikal bir platforma təqdim edir. Maliyyə və biznes mühiti, nəqliyyat və infrastruktur, kənd təsərrüfatı və ərzaq bu ilki forumun əsas diqqət mərkəzini təşkil edir.

Tədbirdə iştirak ödənişsizdir. Tədbir ingilis dilində keçiriləcək, həmçinin Azərbaycan və ingilis dillərinə sinxron tərcümə olunacaq.

27 Sentyabr saat 09:00

Biznes Forumun proqramını burada tapa bilərsiniz:
http://bit.ly/GermanAzerbaijaniBusinessForum_2019_Programme

Qeydiyyat üçün: http://bit.ly/GermanAzerbaijaniBusinessForum2019_Registration

Bəyən və paylaş

Rəylər

rəy(lər)