21 Dekabr 12:33

“Almaniya bir rəssamın gözü ilə ” rəsm müsabiqəsi

“Almaniya bir rəssamın gözü ilə ”
İştirakın şərtləri:
Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyi, “Qız Qalası” İncəsənət Qalereyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, AGBank, “Standard İnsurance” və “Berlin-Bakı” Rəsm Qalereyası ilə birlikdə “Almaniya bir rəssamın gözü ilə” mövzusunda rəssamlıq müsabiqəsini elan edir. Müsabiqədə rəssamlığa marağı olan hər bir şəxs iştirak edə bilər. Lakin artıq mükafatlandırılan rəssamlar bu müsabiqədə iştirak edə bilməz. Əsərlər yalniz kətan üzərində yağli boya ilə, eni təx. 60 -80 sm və uzunluğu təx. 60-100 sm olmaq şərti ilə işlənməlidir. Rənglərə və süjet seçiminə məhdudiyyət qoyulmur!İştirakçılar əsərlərini Səfirliyə təqdim etdikdən sonra müsabiqənin təşkilatçıları tərəfindən Azərbaycanın daxili və xaricində əvəzi ödənilmədən sərgilənməsinə və geri qaytarılmamasına dair razılıqlarını bildirirlər. Əsərlər ən gec 15 aprel 2016-ci il tarixinədək Almaniya Federativ Respubliksının Bakıdakı Səfirliyinə (ünvan: Nizami küç. 69, İSR Plaza 10-cu mərtəbə, Bakı) təqdim olunmalıdır. 2016-ci ilin aprel ayında təşkilatçılardan ibarət münsiflər heyəti təxminən üç əsəri təltif üçün seçəcəkdir. Təltif olunmuş əsərlər Səfirlikdə müsabiqədən yadigar olaraq saxlanılacaqdır. Münsiflər heyətinin qərarı qətidir və ona qarşı şikayət verilə bilməz. Mükafatlar Almaniyaya geniş incəsənət xarakterli proqramı əhatə edən peşə yönümlü səfərdən ibarətdir. Təqdim olunmuş mükafatlar digər şəxslərə verilə və təklif olunmamış başqa formalara, xüsusilə də pula çevrilə bilməz. Almaniyaya səfər vizası Almaniyada qüvvədə olan xarici vətəndaşların hüquq normalarına əsasən rəsmiləşdirilir. Bütün iştirakçılara əsərlərinin qiymətləndirilməsindən asılı olmayaraq və iştiraka görə təşəkkür əlaməti kimi sertifikatlar təqdim ediləcəkdir.

Qeyd: Nəzərinizə çatdırırıq ki, tətlif olunmamış əsərlər sərgidən sonra 1(bir) il müddətində müəllifləri tərəfindən geri götürülməzsə, xeyriyə məqsədi ilə istifadə ediləcəkdir!

Müsabiqəyə dair məlumatı 465 42 04(Almaniya Səfirliyi) telefon nömrəsindən əldə edə bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)