25 Dekabr 17:35

Almaniyada dövlət universitetlərində təhsil haqqında bilməli olduğunuz vacib məlumatlar

Almaniyada dövlət universitetlərində bakalavr təhsili haqqında bilməli olduğunuz vacib məlumatlar:

1) Almaniyada tibb və huquq istisna olmaqla bakalavr təhsil müddəti 3 ildir;

2) Almaniyada bakalavr pilləsində həm almanca, həmdə ingiliscə təhsil imkanı mövcuddur;

3) Almaniyada əksər dövlət universitetlərində bütün tələbələr üçün həm almanca, həmdə ingiliscə təhsil ödənişsizdir;

4) Bakalavr pilləsində təhsil dili almanca olan proqramlar, xüsusilə, çoxluq təşkil edir, ingiliscə proqramlar say və sahə etibarilə azdır (yalnız müəyyən biznes, iqtisadiyyat, mühəndislik sahələrində)

5) Universitetlər üçün qəbul dövrü ildə 2 dəfə həyata keçirilir, Payız qəbulu və Yaz qəbulu;(Winter and Sommee Semester

6) Universitetlərin Payız qəbulunda təklif edilən ixtisaslar (və uyğun olaraq qəbul imkanı), müqayisədə Yaz dövründən hərzaman daha çox olur;

7) Alman orta təhsil sistemi, 13 illik dövrü əhatə etdiyi üçün əcnəbi şagirdlərdən bu təhsilə ekvivalent təhsil təqdim etmək tələb olunur,

8) ölkəmizdə təhsil müddətinin 11 il olduğunu nəzərə alaraq şagirdlərimizin qarşısında çıxış yolu kimi birneçə seçim dayanır;

I 2015-ci ildən öncə məzun olmuş şagirdlər üçün:

#1 ölkəmizdə və ya digər ölkədə Anabin (Xarici təhsil sənədlərinin tanınması və qiymətləndirilməsi mərkəzi) tərəfindən tanınan universitetlərdə minimum 2 il bakalavr təhsili almalıdır;

#2 ölkəmizdə və ya digər ölkədə 1 il + almaniyanin Studienkollecinde(tehsil yalniz almanca) tehsili olmalidir

II 2015-ci il və ondan sonrakı illərdə məzun olacaq şagirdlər üçün:

#1 ölkəmizdə və ya digər ölkədə Anabin (Xarici təhsil sənədlərinin tanınması və qiymətləndirilməsi mərkəzi) tərəfindən tanınan universitetlərdə minimum 1 il bakalavr təhsili almalıdır;

#2 Almaniyada cemi 1 il Studienkolec oxuyub qebul ola bilerler.

9) Qəbul zamanı şagirdin orta məktəb göstəriciləri və təhsil almaq istədiyi ixtisasın tədris dili ilə bağlı sahib olduğu beynəlxalq sertifikatların (IELTS, TESTDAF və s.) nəticələrinin tələblərə uyğun olub olmaması və varsa digər göstəriciləri (könüllülük, idman, sertifikatlar və s.) əsas alınır;

Almaniyada dövlət universitetlərində Magistr təhsili haqqında bilməli olduğunuz vacib məlumatlar:

1) Almaniyada magistr təhsil müddəti 1-2 il arası dəyişir;

2) Almaniyada dövlət universitetlərində magistr pilləsində həm almanca, həmdə ingiliscə təhsil imkanı mövcuddur;

3) Almaniyada əksər dövlət universitetlərində bütün tələbələr üçün həm almanca, həmdə ingiliscə təhsil ödənişsizdir;

4) Magistr pilləsində təhsil dili almanca olan proqramlar, çoxluq təşkil edir, ingiliscə de kifayet geder coxdur, bakalavr ile muqayisede.

5) Universitetlər üçün qəbul dövrü ildə 2 dəfə həyata keçirilir, Payız qəbulu və Yaz qəbulu( Winter and Sommer Semester)

6) Universitetlərin Payız qəbulunda təklif edilən ixtisaslar (və uyğun olaraq qəbul imkanı), müqayisədə Yaz dövründən hərzaman daha çox olur;

7) Almaniyada magistr təhsili üçün ölkəmizdə və ya digər ölkədə Anabin (Xarici təhsil sənədlərinin tanınması və qiymətləndirilməsi mərkəzi) tərəfindən tanınan universitetlərdə bakalavr təhsili bitirmək tələb olunur,

8) Qəbul zamanı tələbənin universitet qiymət ortlaaması və təhsil almaq istədiyi ixtisasın tədris dili (bəzi universitetlər həm ingilis, hə almanca dil biliyi tələb edə bilir) ilə bağlı sahib olduğu beynəlxalq sertifikatların (IELTS, TESTDAF və s.) nəticələrinin tələblərə uyğun olub olmaması və varsa digər göstəriciləri (könüllülük, iş təcrübəsi, məqalələr, sertifikatlar və s.) əsas alınır;

9) Yuxardakı şərtlərə əlavə olaraq müəyyən universitetlər qəbul zamanı GRE/ GMAT imtahanı nəticəsi, MBA proqramları üçün isə elave olaraq is tecrubesi tələb edə bilirlər. MBA tehsili odenisli olur.

Almaniyanın dövlət universitetlərində ÖDƏNİŞSİZ bakalavr və magistr təhsili almaq istəyən tələbə və abituriyentlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)