Cümə axşamı, 21 Avqust, 2025

Alternativ kanallar ilə satışın təşkili şöbəsində mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis vakansiyası


  • Dərc edildi: 26 İyul, 2021 - 18:35
Alternativ kanallar ilə satışın təşkili şöbəsində mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis vakansiyası

Alternativ kanallar ilə satışın təşkili şöbəsində mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Alternativ kanallar ilə satışın təşkili şöbəsində mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis” vakansiyasını elan edirik. Vəzifə öhdəlikləri:
  • Bankın təsdiqlənmiş tarif və şərtləri çərçivəsində alternativ kanallar vasitəsi ilə kredit / qeyri-kredit məhsulları üzrə sifarişlərin qəbulu, təhlili və qeydiyyatı
  • Onlayn kredit sifarişlərinin Mərkəzi Bank qanunvericiliyi və Bankdaxili istehlak kreditlərinin verilməsi şərtləri çərçivəsində təhlil edilməsi, yönləndirilməsi və rəsmiləşdirilməsi
  • Müxtəlif satış kanalları ilə daxil olan istehlak kreditləri sifarişlərini qanunvericilik və Bankdaxili qaydalar əsasında təhlili, təsdiqi və MXD / Filiallara yönləndirilməsi
  • Cari tariflər və qaydalar üzrə kənarlaşma təşkil edən sifarişlərin baxılması üçün müvafiq komitələrə təqdimat
  • Kredit portfelini formalaşdırmaq və idarə etmək
  • Mütəmadi yeni müştərilərin tapılması istiqamətində addımları həyata keçirmək
  • Müştərilərə bank məhsullarının təqdim olunması və çarpaz satışları aparılması
Tələblər:
  • Ali təhsil
  • Bank və ya bank olmayan kredit təşkilatında müvafiq sahə üzrə 2 il iş təcrübəsi
  • İstehlak kreditləri üzrə təhlil bacarıqları
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dili biliyi arzuolunandır
  • Analitik düşüncə, yüksək səviyyədə ünsiyyət və komandada işləmək bacarığı
  • Təqdimat bacarığı
Biz Sizə nə təklif edirik:
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  • Könüllü tibbi sığorta proqramına qoşulma
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv
Siz elektron poçtun “mövzu” yerinə müvafiq filialı və “Alternativ kanallarla satış” qeyd etməklə öz CV-lə[email protected]ünvanına göndərə bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 74
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7063
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1820
Azərbaycan Texnologi...