5 Mart 19:00

AMEA-da “Elm həftəsi” keçiriləcək

AMEA-da “Elm həftəsi” keçiriləcək

11-17 mart 2019-cu il tarixlərində AMEA-nın Əsas binasında Yüksək Texnologiyalar Parkının (YT Park) təşkilatçılığı ilə “Elm həftəsi” keçiriləcək.

Tədbir çərçivəsində AMEA-nın elmi bölmələri tərəfindən hər gün konfransların və sərgilərin təşkili, eləcə də bölmələrə daxil olan institutların alim və tədqiqatçıları tərəfindən prioritet mövzulara həsr edilmiş təqdimatların, ixtira və innovasiyalı layihələrin nümayişi nəzərdə tutulur.

Bundan əlavə, YT Park tərəfindən “Ən yaxşı innovasiyalı ideya”, “Ən yaxşı innovasiyalı layihə” və “Ən yaxşı innovasiya məhsulu” üzrə müsabiqə elan olunub. İştirakçılar öz layihələrini AMEA YT Parkın Mərkəzi Elmi Kitabxanada yerləşən müsabiqə komissiyasına təqdim etməlidirlər.

Müsabiqənin nəticələri “Elm həftəsi”nin sonuncu günü ictimaiyyətə elan olunacaq və qaliblər müvafiq olaraq 500, 1000 və 1500 manat məbləğində mükafatla təltif ediləcəklər.

Ünvan: Bakı ş., H.Cavid pr., 115.

Bəyən və paylaş

Rəylər

rəy(lər)