4 Fevral 14:20

AMEA-da süni intellektə dair beynəlxalq elmi konfrans keçiriləcək

AMEA-da süni intellektə dair beynəlxalq elmi konfrans keçiriləcək

Aprelin 21-də AMEA-nın Fəlsəfə İnstitutunda “Süni intellekt və yaxın gələcək: problemin fəlsəfi-etik və hüquqi aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransda iştirak etmək istəyənlər məruzələrinin tezislərini 2 aprel 2020-ci il tarixinədək elmi katibliyə təqdim etməlidir.

Məqalələr Azərbaycan, ingilis və fransız dillərində qəbul olunur.

Məruzələrin tərtibi qaydaları:

– Həcm 6-7 səhifə, format A4, ölçü 14, şrift Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25;

– Ədəbiyyat siyahısı əlifba sırası ilə tərtib edilməli, istinadlar kvadrat mötərizədə olmalı, mənbənin nömrəsi, səhifə qeyd edilməlidir.

Telefon: (+994 12) 5101512

Ünvan: Bakı ş., H.Cavid prospekti, 115.

Bəyən və paylaş