2 May 23:17

AMEA-nın Vitse-Prezidenti və Akademik-Katibi vəzifələrinə seçkilərin nəticələri açıqlanıb

Edumap.az xəbər verir ki, Mayın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə AMEA-nın vitse-prezidenti vəzifəsinə akademik Dilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik-katibi
vəzifəsinə akademik Nərgiz Axundova, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə isə akademik Nazim Məmmədov seçilib.

Bəyən və paylaş
Tweet