AMEA Yüksək Texnologiyalar Parkı sahibkarları inkubator rezidenti olmağa dəvət edir
AMEA Yüksək Texnologiyalar Parkında elmin kommersiyalaşdırılması sahəsində daha böyük uğurlar əldə etmək, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına nail olmaq üçün mühüm işlər görülür, yerli və xarici şirkətlərlə, eləcə də elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələri qurulur.
Texnoparkda innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli elmtutumlu istehsalın inkişafı, xidmətlərin göstərilməsi üçün lazımi şərait mövcuddur. Hazırda YT Parkın Rusiya, Çin, Koreya, İran, İsrail, Çexiya və digər ölkələrin özəl şirkətləri, elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələri çərçivəsində tədbirlər davam etdirilir.
YT Parkda sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində dövlət dəstəyinin tərkib hissəsi olmaqla biznes inkubatoru rezidentlərinin səmərəli fəaliyyətinə, onların qısa müddət ərzində sahibkar kimi formalaşmasına, yeni biznes və məşğulluq imkanlarının yaradılmasına töhfə vermək üçün əhəmiyyətli addımlar atılır. Biznes inkubatoru yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin, o cümlədən gənclərin səmərəli sahibkarlıq fəaliyyətini təmin etmək məqsədilə onlara kompleks texniki-təşkilati və inzibati təsərrüfat xidmətləri göstərməsini nəzərdə tutur.
Texnoparkda biznes inkubatoru rezidentlərinə aşağıdakı xidmətlər göstərilir:
- Ofis;
- Bizneskonsultasiya (hüquq, maliyyə və s.);
- İnvestisiyanıncəlbolunmasına dəstək;
- Reklamdəstəyi;
- Mentordəstəyi və s.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur