19 Noyabr 12:42

Amerika caz ifaçısı Gabrielle Stravelli və onun qrupu Azərbaycanda konsert verib

2015-ci ilin 14-18 noyabr tarixlərində ABŞ Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Amerika caz ifaçısı Gabrielle Stravelli və onun qrupu müxtəlif açıq konsertlər vermiş və yerli musiqiçilər üçün ustad dərsləri keçirmişlər. Gabrielle Stravellinin Azərbaycanda keçirilən bütün konsert proqramları pulsuz və geniş ictimaiyyət üçün açıq keçirilmişdir.

Müxtəlif mükafatlar qazanmış Qabriell Stravelli hər özünün original mahnılarının ifası, yeni Amerika mahnılarının ifasi həm də və Dyuk Ellington, Dolli Parton və Conni Merser kimi müsiqiçilərin standartlarının nümayişi sahəsində dinləyicilərin rəğbətini qazanmışdır. Aktyor olan Qabriell lirikasında Deyvid Finklinin “fərdi expressiyanın təcəssümü” adlandırdığı bir xüsusi həssaslığa malikdir. Qabriell bu yaxında Nyu Yorkun Metropolitan zalında Nyu York Tayms, Vall Strit Cornal və Haffington Post da daxil olmaqla mətbuatın tərifini qazanmış solo ifalar etmişdir.Keçən payız o, Uinton Marsalis və Linkoln Mərkəzinin Orkestri ilə ABŞ-da turneyə getmiş və Marsalisin Abissinian: İncil Bayramını ifa etmişdir.

Qabriel Stravelli və onun qrupu ABŞ-ın Dövlət Departamentinin Amerika Musiqisinin xaricdə Təbliği proqramı çərçivəsində Azərbaycana ilk dəfədir səfər edir. Sözügedən proqram tanınmış Amerika musiqiçilərinin digər ölkələrə səfərini nəzərdə tutaraq mədəniyyət sahəsində anlayışı və əməkdaşlığı inkişaf etdirir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)