#
11 Yanvar 19:23

AMİM Seminar- “XXI əsr bacarıqları və tənqidi (kritik) düşüncə”

“Heç özünüzə sual verdinizmi ki, yaşadığım əsrdə hansı bacarıqlara malik olmalıyam?”.
AMİM aylıq ödənişsiz seminarlar silsiləsinə daxil olan növbəti seminarını təqdim edir.
Bu seminarımız “XXI əsr bacarıqları və tənqidi (kritik) düşüncə” haqqında olacaqdır. Seminarda əsasən aşağıdakı suallara cavab tapacaqsınız:
1) XXI əsr bacarıqları hansılardır və bizə nə üçün lazımdır?
2) Tənqidi (kritik) düşüncə nədir?
3) Sinfimizdə tənqidi düşüncəni necə reallaşdıra və qiymətləndirə bilərik?

Seminar AMİM-in peşəkar təlimçilərindən olan İlkin Həsənovun təqdimatında keçiriləcəkdir.
Qeydiyyat üçün: https://goo.gl/forms/tLGA24QXHiq3NSZy1

*Qeyd edək ki, qeydiyyat məhdud saydan sonra başa çatacaqdır və başa çatana qədər formu doldurub qeydiyyatdan keçən hər bir şəxs seminarda iştirak edə bilər.

16 yanvar saat 15:00
Ünvan: Azərbaycan Müəllim İnkişafı Mərkəzi
Hüseyn Cavid prospekti, 186. Mirvari Park yaşayış kompleksi.
Zərifə Əliyeva adına liseylə üzbəüz.

 

Əlavə məlumat üçün 0125991967 və ya 0502901695 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Rəylər

rəy(lər)