28 Noyabr 22:47

Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda Elmi-praktik konfrans keçiriləcək

Hörmətli həkimlər 14 dekabr 2019-cu il tarixdə keçiriləcək möhtəşəm bir tədbiri diqqətinizə çatdırmaq istərdim . Qeydiyyatdan keçmək üçün www.customshospital.az saytına daxil olub əlavə məlumat əldə edə bilərsiniz . Tədbir ödənişsizdir və möhtəşəm olacağına əmin ola bilərsiniz . Sadəcə qeydiyyatdan keçmək mütləqdir
……………………....
Ətraflı məlumat
.

14 dekabr 2019-cu il tarixdə Fairmont Bakı Hotelinin Nizami Gəncəvi zalında saat 08:30-dan 18:00-dək Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda Elmi-praktik konfrans keçiriləcəkdir.
Konfrans zamanı Azərbaycan, Almaniya, Türkiyə, İtaliya və İrandan olan mütəxəssislərin çıxışları dinləniləcək, panel müzakirələri təşkil olunacaqdır.
.Konfrans həkim-kardioloq, pediatr, neonatoloq, anestezioloq-reanimatoloq, kardiocərrah, uşaq cərrahı və terapevtlər üçün nəzərdə tutulmuşdur. Konfransda iştirak ödənişsizdir. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir.Tədbirin akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)