Analarımızın həyatını necə mükəmməlləşdirək?

Analarımızın həyatını necə mükəmməlləşdirək?

Cavan Qəlb sosial müəssisə tərəfindən keçirilən PULSUZ vebinarda valideynlərimizin psixoloji və fiziki sağlamlığının təkmilləşdirilməsi haqqında məlumat alacaqsınız.

Bu vebinarda klinik psixoloq və kliniki-psixoloji reabilitasiya üzrə mütəxəssis Nigar Qədəşova çıxış edəcək. Nigar “Beynəlxalq Psixologiya”, “Avropa Psixiatriyası” kimi beynəlxalq və reytinqli jurnallarda yerləşdirilən elmi məqalələrin müəllifidir. O, UNICEF, Təhsil Nazirliyi, BD Kids, Dərs Evi və s. təşkilatlarda işləmişdir. Hal-hazırda Nigar Cavan Qəlb təşkilatında psixoloq kimi işləyir və yaşlıların psixoloji vəziyyətinin təkmilləşdirilməsi üçün çalışır.

Qeydiyyatdan keçmək üçün aşağıdakı formu doldurun:👇
https://lnkd.in/dGXHt9C

Tarix: 4 aprel
Saat: 20:00

*Cavan Qəlb sosial müəssisəsi olaraq, bizim əsas məqsədimiz yaşlı insanlar üçün xoşbəxt və layiqli həyat təmin etməkdir. Bu məqsədə çatmaq üçün, biz 55 yaşdan yuxarı insanlar üçün müxtəlif proqramlar hazırlayırıq: psixoloji təlimlər, xüsusi gimnastika, art terapiya, danışıq saatları və s.

Bir cavab yazın

Back to top button