21 Oktyabr 12:30

Anar Məmmədov “Biz əslən uşaqlıqdanıq” Seminarı

Wow Baku Gənclər Mərkəzi sizi Anar Məmmədovun gənclərlə görüşünə dəvət edir!
Görüşün mövzusu: “Biz əslən uşaqlıqdanıq”

Mövzunun təsviri:

“Əslən hardan olduğumuz deyil, əslində hardan olduğumuz vacibdir“ – Anar Məmmədov

Uşaqlıq dövrü bir fenomendir. O, təkrar olunmaz və elm adamlarının istədikləri kimi dərk edilməzdir. Bildiyimiz budur ki, uşaqlıq dövrü talehimizin, həyat ssenarimizin bazasının qoyulan dövrüdür. Bu yaşlarda bizə olan həm neqativ həm də pozitiv təsirlər xarakterimizin formalaşmasında birbaşa rol oynamaqla yanaşı bizim dünyaya baxışımıza da toxunmamış olmur. Bəs mənim uşaqlığımdakı hadisələr “bu günkü mənə” necə təsir göstərib?

Hamımızın özümüz haqqında bildiyimiz lakin ciddi qəbul etmədiyimiz xırdalıqlar var. Bu nüansların arxasında ciddi səbəblər dayana bilər, vərdişlərimizə, hətda xasiyyətimizə belə təsir göstərə bilən səbəblər.

Mövzunun tərkibi:

Niyə mənimlə baş verən problemlər yenə və yenə baş verir?
Nəyi və niyə bağışlaya bilmirəm?
Küsü və sevinc!
Valideynlərim və Mən…
“Sevgi çatışmamazlığı” və “öldürücü məhəbbət”
İllər keçdi, bəs mən böyüdümmü?
Ekspert haqqında:
Anar Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakultəsinin İnzibati İdarəetmə ixtisası üzrə təhsil alıb. Təhsilini Moskva Psixoanaliz İnstitutunun Praktik Psixologiya fakultəsində davam etdirir.

Uzun müddət biznes, qeyri-hökümət təşkilatları və media sahəsində fəaliyyət göstərərək 50-yə yaxın layihənin rəhbəri, 10-a yaxın beynəlxalq layihənin iştirakçısı olmuşdur. 2010 – 2014 – cü illərdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar liseyinə rəhbərlik etmişdir. 2014-cü ildə etibarən Azərbaycanın milli təshil brendi “İstək” liseyinin icraçı direktoru vəzifəsində çalışır.

Ünsiyyət texnologiyaları, inandırma, araşdırma və eksperiment üsulları sahəsində 15 illik təcrübəyə malikdir.“Ünsiyyətdə əks-manipulyasiya texnologiyaları” və “Tədrisdə düşüncə seçimi” mövzulu təlimlərin müəllifidir.

Məkan: WOW Baku Gənclər Mərkəzi (Cəfər Cabbarlı küç. 44, Caspian Plaza II 16-cı mərtəbə)
Görüşün tarixi: 25.10.2015
Başlama saatı: 11-00

Son qeydiyyat tarixi 24 oktyabr.

Qeydiyyatdan üçün keçid: https://goo.gl/uMaIkI

Əlavə məlumat üçün səhifəmizə ismarıc yaza, (+99412) 480 00 44 nömrəsinə zəng edə bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)