"Anbar Logistikası" təlimi

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə keçirilən qısamüddətli təlimlər çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil MərkəziAbşeron Logistika Mərkəzi ilə əməkdaşlıqda "Anbar Logistikası" təliminə ərizə qəbulu elan edilir.
Təlim müddətində iştirakçılar anbar logistikası, onun təşkili, anbarların növləri və standartları, anbar həcmlərinin və logistika əməliyyatlarının planlanması, əlavə dəyər xidmətləri, sənədləşmə və s. kimi istiqamətlərdə nəzəri və praktiki biliklər əldə edəcəklər.
Təlimin nəzəri hissəsi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ndə, praktiki hissəsi isə Abşeron Logistika Mərkəzində təşkil ediləcəkdir.
İştirak üçün əsas meyarlar:
Minimum tam orta təhsil;
Komputer, ofis proqramları üzrə təməl biliklərinin olması.
Təlim müddəti: 5 gün
Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaq.
Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.
Müraciətləri 23 iyul, 2021-ci il tarixinədək aşağıdakı linkə keçid edərək göndərə bilərsiniz:

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az