Anbar müdiri vəzifəsi üzrə vakansiya

“Aztelekom” MMC hazırda baş ofisə Anbar müdiri vəzifəsi üzrə işçi qəbulu elan edir.
Əsas vəzifə və öhdəlikləri:
1. Müəssisənin anbar bölmələsində olan təsərrüfat işlərinə rəhbərliyi həyata keçirir;
2. Təsərrüfat avadanlığının saxlanılmasını, onun bərpa edilməsini, eləcə də otaqlarda və onlara əlavə edilmiş ərazilərdə təmizliyə riayət olunmasını təmin edir;
3. Lazım olan mal-material, inventarın və qiymətlilərinin anbara qəbulu, onların mühafizəsi və buraxılması, yenidən geri alınması, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsini təmin edir;
4. Anbara yığılmış əmtəə-maddi sərvətlərin saxlanılmasını, mühafizə rejiminə əməl edilməsini, əməliyyatlar hesabının aparılmasını təmin edir;
5. Rəsmiləşdirilmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsini və müəyyən olunmuş hesabatın tərtib edilməsini təmin edir;
6. Anbarda, məntəqədə yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edir;
7. Anbarda, məntəqədə əməyin mühafizəsini, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərin yığılmasını, mühafizə olunmasını və vaxtında tədarükçüyə göndərilməsini təşkil edir;
8. Anbarda olan əmtəə-maddi sərvətlərin inventarlaşma prosesinin aparılmasını təşkil edir;
9. Xidmət sahəsində yük daşınmaları, yükün anbara qəbulu və buraxılmasını təlimatlandırma prosesinə nəzarət edir;
10. Anbarda çalışan işçilərə rəhbərlik edir və onların fəaliyyətlərini istiqamətləndirərək əlaqələndirir;
11. Müvafiq avadanlıq vasitəsi ilə, habelə təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasında operativ idarəetmə nəzarətini həyata keçirir;
12. Prosesin bütün sahələri üzrə tələb olunan məsələləri həll etmək üçün anbarda çalışan işçilərə göstərişlər, əmrlər verir və onların şərtsiz icra olunmasını tələb edir;
13. Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət edir;
14. Anbar sahəsində olan xüsusi texnika və tərtibatların düzgün istismar edilməsinə nəzarət edir;
15. Bütün ehtiyatlardan qənaətlə istifadə olunması, əmək məhsuldarlığının yüksəldilməsi və əmək sərfinin aşağı salınması üzrə iş aparır;
16. Anbarın idarə edilməsi üzrə təkliflər hazırlayır;
17. İş vaxtından istifadənin yaxşılaşdırılması, əməyin fənd və metodlarından istifadə, ağır, fiziki əməyin aradan qaldırılması, iş şəraitinin yaxşılaşdırılması təşkilinin bütün istiqamətlərindən istifadə edilməsi işlərini təşkil edir;
18. Hər hansı bir avadanlığın icazəsiz işlədilməsinin, zədələnməsinin qarşısının alınması üçün operativ tədbirlər görür;
19. Yeni gətirilmiş yüklərin zədələnməsi və ya itməsi barədə rəhbərliyə məruzə edir;
20. İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər verir.
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
1. Ali Təhsill;
2. Sahəsi üzrə 5 illik əmək stajı;
3. Anbar müdiri kimi ən azı 2 illik iş stajı;
4. Mülkiyyətini qorumaq, yüklərin ünvanına vaxtında və itkisiz çatdırılmasını təmin etməyi bacarmalıdır.
5. Azərbaycan, Rus dillərini mükəmməl bilməlidır;
6. Sahasinə aid olan sənədlərini tərtib etmə təcrübəsinə malik olmalıdır;
7. Kompüter bilikləri üzrə: MS Office (word və xüsusi ilə Exel), 1C və Outlook programlarını mükəmməl bilməlidir;
8. İşgüzar yazışma əsaslarını bilməlidir;
9. Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir.
Öz sahəsi üzrə BİLMƏLİDİR:
1. Anbar təsərrüfatının təşkilinə aid qüvvədə olan əsasnamə, təlimat və digər normativ hüquqi və metodik sənədləri;
2. Malların çeşidlərini, əsas xüsusiyyətlərini və onların qruplaşdırılmasını;
3. Hər növ nəqliyyatda yük daşınmasının təşkili barədə;
4. Telekommunikasiya mallarının, avadalıqlarının xüsusiyatlərini bilməlidir;
5. Rəhbər materialları, əmtəə-maddi sərvətlərinin ölçüsünü, markasını sortluğunu, keyfiyyət xüsusiyyətlərini, işlənilmə normalarını, onların yerləşdirilməsinə aid olan standart və texniki şərtləri, qaydaları, hesabatı aparmaq üçün təlimat və əsasnamələri;
6. Əməyin təşkilinin əsaslarını, daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını;
7. Yükləmə/boşaltma işlərinin təşkilini, mal-materialın anbardan buraxılma qaydalarını.
İŞ ŞƏRAİTİ
· Əmək müqaviləsi;
· Rəqabətli əmək haqqı;
· Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
· Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
· İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
· İş yeri: Bakı şəhəri;
· Peşəkar həmfikirlər komandası;
· Peşəkar inkişaf və karyera imkanları;
MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Anbar müdiri Edumap.az) qeyd etməyinizi xahiş edirik: E-ünvan: [email protected] e-ünvanına göndərə bilərsiniz.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Bir cavab yazın

Back to top button