2 Aprel 20:23

Anbarlar üzrə menecer vakansiyası

“Mətanət A” şirkəti  Anbarlar üzrə menecer  vakansiyası elan edir

İşin təsviri:

  • Hazır məhsulun qəbulu, saxlanması və anbardan təhvil verilməsinə nəzarət;
  • Anbar sahəsindən səmərəli istifadə edilməsinə nəzarət;
  • Anbarın fəaliyyətini və digər struktur bölmələrlə səmərəli qarşılıqlı münasibətini təşkil etmək;
  • Tabeçiliyində olan işçilərə rəhbərlik  və gündəlik iş bölgüsünü təşkil etmək;
  • Anbarlaşdırılan mal-material qiymətlilərinin qorunması, saxlanma rejiminə əməl olunması, qəbul və verilmə sənədlərinin doğru-düzgün tərtib olunmasına nəzarət edilməsi;
  • Yanğın əleyhinə vasitələrin saz vəziyyətdə olmasına, otaqların, anbardakı avadanlıq, yükləmə-boşaltma işləri üçün ayrılmış nəqliyyat vasitəsinin və digər mal və materialların yararlı vəziyyətinə olmasına nəzarət;
  • Əməyin mühafizəsi norma, qayda və təlimatlarına riayət etməklə yükləmə-boşaltma işlərinin keçirilməsinə nəzarət;
  • Mal-material qiymətlilərinin inventarizasiyasının aparılmasında iştirak etmək;
  • Müəyyən olunmuş hesabatların, anbar əməliyyatları uçotunun aparılmasına nəzarət etmək;
  • Anbar təsərrüfatı işlərinin effektivliyinin artırılması, daşıma və mal-material qiymətlilərinin saxlanma xərclərinin azaldılması, anbar təsərrüfatının təşkilinə müasir hesablama texnikası vasitələrinin tətbiqi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmək.

 

Əmək haqqı:

 

  • Razılaşma yolu ilə.

 

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • Şənbə günü saat 09:00-dan 13:00-a dək;
  • Bazar günü istirahət;
  • Nahar şirkət tərəfindən qarşılanır;
  • Servis xidməti mövcuddur.

 

Tələblər:

  • Təhsil: Ali (bakalavr);
  • Yaş həddi: 30-50;
  • Kompüter biliyi: MS Office  (Word, Excel) 1C
  • Dil bilikləri: Azərbaycan və Rus
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 3 il
  • Ezamiyyətə getmə imkanı.

Qeyd:

Bəyən və paylaş

Rəylər

rəy(lər)