ANİMAFİLM Festivalı LAYİHƏ MENECERİ axtarır

Vakansiya var! ANİMAFİLM Festivalı LAYİHƏ MENECERİ axtarır!

Vəzifə öhdəlikləri:
– ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təşkilati proseslərini idarə edir, statuslarını təqib edir və uğurlu şəkildə nəticəyə çatmasını təmin edir;
– Festivalın təşkil edilməsində ortaya çıxa biləcək problemlərin qarşısının alınması və ya həll edilməsini təmin edir;
– Layihə işçi qruplarına rəhbərlik edir;
– Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət edir və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;
– Maliyyə hesabatlarının vaxtında çatdırılmasını təmin edir;

Tələblər:
– Yaş həddi 21 – 35 arası;
– Məsulliyyət, düzgünlük, təmkinlik, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
– Komandada işləmək bacarığına malik olmalı;
– İngilis və Azərbaycan dillərində yaxşı biliyin olması (Rus dili bilmək arzuolunandır, amma şərt deyil);
– Problem həll etmək, operativ işləmək, qərarvermə, analitik təhlil və yüksək təqdimat bacarıqlarına sahib olmaq;
– Kompyuterdə Microsoft Office Word, Excel, Powerpoint, Zoom kimi proqramlarda işləyə bilmək bacarığının olması;

Əlavə məlumatlar:
– Əmək haqqı razılaşma əsasında;
– İş qrafiki – sərbəst;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 sentyabr 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Adınız, Soyadınız – Project Manager” yazmağınız xahiş olunur.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Hörmətlə,
ANİMAFİLM komandası

Bir cavab yazın

Back to top button