ANİMAFİLM Festivalının qalibi Fransaya səyahət qazanacaq!

ANİMAFİLM Festivalının qalibi Fransaya səyahət qazanacaq! 2021-ci ildə ANİMAFİLM Festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və Annecy Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə mükafat təqdim edir. Bu kateqoriyada ANİMAFİLM festivalının qalibi 2022-ci ildə Fransada keçiriləcək Annecy Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək. Filmlər aşağıdakı şərtlərə uyğun gəlməlidir: - Müsabiqədə iştirak üçün son müraciət tarixi: 15.07.2021 - Müəlliflər FilmFreeway platforması vasitəsilə müraciət etməlidir: https://filmfreeway.com/ANIMAFILM-Baku_International_Animation_Festival - Filmlər 2019-cu il yanvarın 1-dən sonra çəkilməlidir; - Filmin 50 %-indən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur; - Filmin mövzularına məhdudiyyət qoyulmur; - Əlavə məlumat üçün: https://animafilm.az/submission/ Xatırladaq ki, III ANİMAFİLM Festivalının "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyasının qalibi “Quzğun” filmi idi. Filminin müəllifi Fidan Axundova 2021-ci ilin iyun ayında Annecy Festivalına səyahət edəcək. Bu mükafat ANİMAFİLM Festivalının Azərbaycan Fransız İnstitutu və Annecy Beynəlxalq Animasiya Film Festivalı arasında əməkdaşlıq nəticəsində mümkün olub. IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 20-24 oktyabr 2021-ci il tarixlərində Bakıda keçiriləcək. Festival 5 gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Builki festivalın mövzusu “ƏLİLLİK” olacaq. ANIMAFILM International Animation Festival   The Winner of the ANIMAFILM Festival will Travel to France! An award for category "Best Azerbaijani Short Animated Film" is offered by ANIMAFILM Festival in cooperation with the French Embassy in Azerbaijan, ​​the French Institute in Azerbaijan (IFA) and with the support of the Annecy International Animation Film Festival. This year"s winner of this category will have a chance to attend in 2022 Annecy Festival in France and receive professional MIFA accreditation. Trip to Annecy, France (flights and accommodation) for the winner will be offered by IFA. Submission rules for animated films: - Deadline for applications: 30.06.2020 - Films should be sent via FilmFreeway platform: https://filmfreeway.com/ANIMAFILM-Baku_International_Animation_Festival - The film must be shot after January 1, 2019 - More than 50% of the film must be an animation - There are no limitations in the animation techniques used in the film - There are no limitations in the theme of animated films For more information: https://animafilm.az/en/submission/ Notably, the winner of the category "Best Azerbaijani short animated film" of the III ANIMAFILM Festival was "The Crow". The author of the film, Fidan Akhundova, will travel to the Annecy Festival in June 2021. This award is the result of the cooperation between ANIMAFILM Festival, French Institute in Azerbaijan and the Annecy International Animation Film Festival. IV ANIMAFILM International Animation Festival will be held in Baku from 20 to 24 October 2021. The festival will feature dozens of foreign and local animated films for children and adults during five days. The theme of this year"s festival is "DISABILITY".

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az