ANİMAFİLM məktəbi məhşur rejissorlarla ödənişsiz masterclassları davam edir

ANİMAFİLM məktəbi məhşur rejissorlarla ödənişsiz masterclassları davam edir. 🌟

Bu ay qonağımız iranlı rejissor və animator Mohammad Zaredir.

Məhəmməd Zare animasiya rejissorluğu ixtisası üzrə bakalavr dərəcəsinə malikdir və 2009-cu ildən etibarən animasiya sahəsində fəaliyyət göstərir. Əksəriyyəti stop motion texnikasında olan bir neçə qısa film (“Junk Girl”, “Dot”), reklam çarxları və animasiya serialı bu fəaliyyətinin nəticəsidir. M. Zare öz filmləri ilə, 300 milli və beynəlxalq festivalda iştirak etmişdir və 60 yaxın mükafatlarının laureatı olmuşdur. Təbrizdə yerləşən “Bulut Animation” studiyasının rəhbəridir. 2018-ci ildə onun “Junk Girl” adlı film 1-ci ANİMAFİLM festivalında nümayiş olunmuşdur. 2019-ci ildə isə həmmüəllif Rəna Vəzi ilə birlikdə yazılan “Nəfəs” adlı ssenarisinə görə 2-ci ANİMAFİLM-in “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” mükafatının laureatı olmuşdur. Bu il Məhəmməd Zare 3-cü ANİMAFİLM-in ssenarilər üzrə beynəlxalq münsiflər heyətinin üzvüdür.

Qeyd edək ki, online görüşdə iştirak etmək üçün bu linkə daxil olaraq qeydiyyat formunu doldurmaq lazımdır:

https://forms.gle/vqWnQo7wYxQDxTt4A

Bir cavab yazın

Back to top button