Anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə bloggerlər arasında müsabiqə

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Mətbuat Xidməti anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə bloggerlər arasında müsabiqə elan edir. Müsabiqələrin mövzuları və keçirilmə qaydaları: 1.Narkotik vasitələrin və psixotrop maddələrin insan üçün heç bir faydası yoxdur; 2. Narkotik vasitələr və psixotrop maddələr insan sağlamlığını və psixologiyasını məhv edir; 3. Narkotik vasitələr və psixotrop maddələr stressi azaltmır, problemləri həll etmir; 4. Narkotik vasitələr və psixotrop maddələr istifadəçilərin həyatını məhv edir; 5. Narkotik vasitələr və psixotrop maddələr ailələrin dağılmasına, sonsuzluğa və digər ağır fəsadlara səbəb olur. 6. Narkotik vasitələrin qanunsuz dövriyyəsində polis əməkdaşlarının qətiyyətli mübarizəsi; 7. Narkomanlıq bir şəxsin yox, bir ailənin faciəsidir. Müsabiqə “Ən yaxşı qısametrajlı film”, “Ən yaxşı foto” və “Ən yaxşı mahnı (rep)” nominasiyaları üzrə keçirilir. Təqdim olunan film, foto və mahnıya qoyulan tələblər: 1. Müsabiqədə hər müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər. 2. Təqdim olunan materiallar müəyyən edilmiş mövzular üzrə olmalıdır. 3. Müsabiqə üçün hazırlanmış materiallar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətində yaradılmış Xüsusi Komissiyaya təqdim olunmalıdır. Materialların qəbul qaydaları: - Hazırlanmış material şəxsin sosial şəbəkə səhifəsində paylaşılmalı; - Daxili İşlər Nazirliyinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki səhifələri “tag” edilməli və müəllif tərəfindən izlənilməli; -#narkotikəyoxdeyək#narkotikləmübarizədəpolisədəstəkolaq#narkotikmüsabiqəhəştəqləri ilə birlikdə paylaşılmalı; Qiymətləndirmə meyarları: Materiallar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur. Qiymətləndirilmədə video və fotoya baxış sayı da nəzərə alınacaq. Müsabiqəyə təqdim olunmuş materialların mükafatlandırılması; Hər istiqamət üzrə 3 qalib müəyyən edilir: I yer - 1000 AZN II yer - 500 AZN III yer - 300 AZN Ünvan: Bakı şəhəri, Azərbaycan prospekti 7 Əlaqə telefonları: (012) 590 98 44, (012) 590 99 07; Elektron ünvan: [email protected]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az