12 Aprel 14:34

Aparıcı auditor vakansiyası

Vakansiya: Aparıcı auditor

Müraciət üçün:

Ümumi vəzifə öhdəlikləri:

• İstehlak kreditləri sahəsində daxili nəzarət sistemlərinin mövcud olmasının, effektivliyi və adekvatlığının yoxlanılması və qiymətləndirilməsi;

• Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələrin verilməsi;

• Yoxlama obyektinə dair ehtimal olunan risklərin müəyyənləşdirilməsi;

• Kredit sahəsində audit testlərinin həyata keçirilməsi;

• Filiallarda kredit portfellərinin təhlili və monitorinqinin həyata keçirilməsi. Namizədə qarşı tələblər:

• Ali (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır)

• Təcrübə; Daxili audit sahəsində ən azı 2 il iş təcrübəsi;

• Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dilləri arzuolunandır;

• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;

• Bankın filiallarına zərurət zamanı ezamiyyələrə gedə bilmək imkanı və istəyinin olması;

• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;

• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;

• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

Bəyən və paylaş

Rəylər

rəy(lər)