Cümə axşamı, 21 Avqust, 2025

" Aparıcı elektrik mühəndisi " vakansiyası


  • Dərc edildi: 4 Oktyabr, 2021 - 06:33
" Aparıcı elektrik mühəndisi " vakansiyası

PMD Projects MMC " Aparıcı elektrik mühəndisi " vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: - Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, elektrik sistemlərinin ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək; - Layihələndirmədə elektrik sistemlərinin məlumatlarını, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək; - Layihələndirmədə elektrik sistemlərinin məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin,şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək; - Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütüntərəflərlə sıx əməkdaşlıq etmək; - Layihənin tender prosesinə texniki dəstək vermək, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiqtexniki rəy vermək; - İstehsalatın elektrik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək; - Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərin optimallaşdırılması üçün təkliflər vermək; - Layihələndirmədə elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək. Tələblər: - Ali təhsil: "Elektrik mühəndisi" ixtisası üzrə bakalavr dərəcəsi; - İş təcrübəsi: Müvafiq sahə üzrə sifarişçi olaraq azı 2 il işləməklə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi - Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı; - Kompüter bacarıqları: MS Office, AutoCAD; - Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, SNIP, IEC, BS, NFPA; Maraqlanan şəxslərdən CV - lərini vəzifə adı göstərilməklə[email protected]ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 133
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7100
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1841
Azərbaycan Texnologi...