Cümə, 20 İyun, 2025

Aparıcı mühasib vakansiyası


  • Dərc edildi: 18 İyun, 2025 - 13:06
Aparıcı mühasib vakansiyası

Aparıcı mühasib vakansiyası

Tələblər:

Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);

Yaş həddi 30-45 yaş;

Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;

Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti,

Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C proqramını yüksək səviyyədə bilməli;

Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi

Vəzifələri:

Gündəlik xərclərin 1C proqramına uyğun xərc maddələri üzrə daxil etməlidir;

Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və mal-materialların mədaxili və məxaricini şirkətin daxili prosedurlarına uyğun olaraq sənədləşdirməli və 1C proqramında əks etdirməlidir;

Aparılmış inventarizasiya nəticələrini sənədləşdirməli və 1C proqramına daxil etməlidir;

Əsas vəsaitlər (kapital qoyuluşları) üzrə ilkin sənədlərin nüsxəsinin (texniki pasport, YGB, qaimə-faktura, smeta, forma-2 və s.) ayrıca qovluqda saxlanılmasını təmin etməli, başa çatmış kapital qoyuluşlarının əsas vəsaitə aid edilməsi ilə bağlı müvafiq müxabirləşmələrin 1C Mühasibat proqramında əks etdirilməsini təmin etməlidir;

1 C Mühasibat proqramında əsas vəsaitlər üzrə hər ayın sonunda amortizasiya hesablanmasına nəzarət etməli, hesabat ili bitəndə isə həmin məlumatların analitik və köməkçi (Excel) cədvəlində olan illik rəqəmlərə uyğunluğuna nəzarət etməlidir;

Şirkətin mövcüd olan qaydalara əsasən gün bitdikdən sonra maddi-məsul şəxslərdən əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, materialların və azqiymətli və tezköhnələn əşyaların hərəkəti (mədaxili, satışı, silinməsi, yerdəyişməsi və s.) barədə hesabatları tələb etməli və onlar əsasında 1C Mühasibat proqramında müvafiq müxabirləşmələri daxil etməlidir;

Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, mal-materialların və pul vəsaitlərin inventarizasiyası prosesində fəal iştirak etməlidir;

1C mühasibat proqramında ayın və ilin bağlanması ilə bağlı bütün reqlament əməliyyatlarını işləmək və dövrü bağlamalıdır;

Qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə vergi bəyannamələrinin (ƏDV, Mənfəət, Vahid muzdlu, Əmlak, Ödəmə mənbəyindən tutulan vergi və sair vergi üzrə hesabatları) hazırlanmasını və aidiyyatı qurumlara göndərilməsini təmin etməlidir;

Hesabat dövrləri üzrə statistik hesabatlarının təqdim etməlidir;

Digər məlumatlar:

6 günlük iş həftəsi,

Nahar şirkət tərəfindən təmin edilir

Korporativ nömrə ilə təminat

Əmək haqqı 2000 AZN

Müraciət üçün:

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Aparıcı mühasib” yazaraq [email protected] elektron poçt ünvanına və ya (055) 500-32-07 / (055) 500-32-09 whatsapp nömrəsinə göndərmələri xahiş olunur

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 60
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 705
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 172
Sertifikatlaşdırmada...