25 Sentyabr 00:35

Aqil Abdullayev: “Buna görə mən zor uşaqlarla vaxt keçirmirəm”

Sentyabrın 29-u, saat 19:00-da YARAT Mərkəzində Aqil Abdullayevin quruluşunda “Buna görə mən zor uşaqlarla vaxt keçirmirəm” adlı bağlanış performansı təqdim olunacaq.

“Buna görə mən zor uşaqlarla vaxt keçirmirəm” performansı elektron musiqi tarixi və uşaqların alter-eqosunda baş verən dəyişiklik ilə əlaqə yaratmaq cəhdidir. Burada Azərbaycanda gənc nəslin yeni tarixinin təkrar olunan motivləri vurğulanır. Bu motivlər xalq musiqisi, klub mədəniyyəti, kişi dostluğu, Bakı küçə mədəniyyəti davranışı və “zor uşaqlara” aid olan istinadlardan bəhrələnərək, süjet xətti olmadan yarıbioqrafik hekayələrdə, sinizm və sentimentallıq arasında olan yumşaq balans ilə ifadə janrları və üsulları arasında hərəkət edir.

Aqil Abdullayev (d. 1992, Bakı, Azərbaycan) Nottingem Trent Universitetinin təsviri incəsənət fakültəsini bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib və 2018-ci il Bloomberg New Contemporaries mükafatına və Birləşmiş Krallıq, Nottingemdə One Throsby Street qalereyasının “Attic Residency” proqramının iştirakçısı adına layiq görülüb. Rəssamın əsərləri Liverpul Biennalesi (2018), Primary Müasir İncəsənət Məkanı (2017), “The Wrong” – Yeni Rəqəmsal Art Biennalesi (2017), Tate Modern (2016), Gənc Rəssamların 4-cü Moskva Beynəlxalq Biennalesindəki YARAT Pavilyonunda (2012) nümayiş etdirilib. Hal-hazırda, Aqil Bakıda yaşayır və fəaliyyət göstərir.

29 sentyabr, saat 19:00
YARAT Mərkəzi, I mərtəbə
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)