AQRAR/EKO-TURİZM MƏKANLARININ SEÇİLMƏSİ ÜÇÜN ƏRİZƏLƏRİN QƏBULU ELANI

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu, Konstitusiya Araşdırmalar Fondu ilə birgə Lənkəran iqtisadi bölgəsində həyata keçirilən 2 illlik “AgroVision” layihəsini icra edir. Layihənin məqsədi Azərbaycanın cənub bölgəsindəki ev təsərrüfatlarının gəlirlərini artırmağa və Azərbaycanda şəhər və kənd arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı, yenidən həyata keçirilə bilən aqrar turizm/eko-turizmin inkişafı mexanizmini yaratmaq və sınaqdan keçirməkdir.

Bu məqsədlə Lənkəran, Lerik, Masallı və Astara rayonlarında fəaliyyət göstərən, və kənd təsərrüfatı ilə turizm fəaliyyətini uğurla birləşdirmək istəyində olan fermer və kənd təsərrüfatı bizneslərinin seçimi üçün 20 oktyabr 2020-ci il tarixinədək ərizələrin qəbulu açıq elan olunur.

Kimlər müraciət edə bilər?

  • komplekt turizm xidmətlərini (yaşayış, yemək, nəqliyyat və əyləncə) təklif edə bilən turistik məkanlar və ya ərazilər;
    • məhsul yetişdirən (meyvə, tərəvəz, giləmeyvə) və / və ya heyvandarlıq, quşçuluq, balıq və ya arı yetişdirmək ilə məşğul olan kiçik və orta ailə təsərrüfatları müəssisələri;
    • heyvan və bitki məhsullarının (məsələn, süd istehsalçıları, mürəbbə və təbii meyvə şirəsi, təbii yun və boyalardan istifadə edən yerli sənətkarlıq, ağac oyma və s.) emalı ilə məşğul olan kiçik və orta ailə təsərrüfatları və müəssisələri;
    • qorunan vəhşi təbiət əraziləri də daxil olmaqla təbii gözəllik yerlərinə yaxın olan kənd evləri, kiçik və orta ailə təsərrüfatları və müəssisələr;
    • digər asudə vaxtın təşkili, milli və yerli mətbəxin tanıdılmasını, qonaq qəbuletmə və saxlama imkanları təklif edən kiçik və orta ailə təsərrüfatları və müəssisələr.

Necə müraciət etmək olar?

“AgriVision” layihəsi çərçivəsində turistik məkanların seçilməsi məqsədi ilə müraciətlərin qəbulu elanına müraciət etmək üçün müvafiq ərizə formasını dolduraraq təqdim etmək lazımdır. Ərizə formasını www.epfound.az saytından və [email protected] email ünvanına yazaraq əldə edə bilərsiniz.

Yalnız 20 oktyabr 2020-ci il tarixinədək tam doldurularaq təqdim olunmuş ərizələrə baxılacaq.

Əlavə məlumat üçün +994516985522 (Günay Zeynalova, layihə meneceri) nömrəsinə müraciət edə bilərsiniz.

Bir cavab yazın

Back to top button