11 İyul 13:40

“Aqrar İnkişaf Könüllüləri” 1 yaşını qeyd edir

Respublikanın 44 regionunda fəaliyyət göstərən, 1600-dən çox könüllünü ətrafına yığan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşəbbüs qrupu 2018-ci il 11 iyul tarixində yaranmışdır. 13 Noyabr 2018-ci ildə isə Hərəkat rəsmi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Qeyri-hökümət təşkilatı kimi qeydiyyata alınmışdır. Aqrar İnkişaf Könüllüləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin regionlarındakı DAİM-lərdə (Dövlət Aqrar İnkişaf Mərkəzləri), Nazirliyin şöbələrində, elmi tədqiqat inistutlarında  və ixtisaslaşmış laboratoriylarında fəaliyyət göstərirlər. Könüllülərin məqsədi aqrar sahənin inkişafı üçün çalışan könüllü cəmiyyəti formalaşdırmaqla gələcəkdə bu sahədə fəalliyət göstərə biləcək ixtisaslaşmış kadrların yaranmasına, innovativ texnologiyların və mövcud resursların səmərəli istifadəsinin təbliğilə bu sahənin dayanıqlı inkişafına töhfə verməkdir. Bitkiçilik, Elelktron kənd təsərrüfatı sisteminin tətbiqi və təbliği, yeni bazar alətlərinin istifadəsi, torpaqların keyfiyyət meyarlarının ölçülməsində fermerlərə dəstək və innovativ texnologiyaların tətbiqində iştirak etmək Aqrar İnkişaf Könüllülərinin fəaliyyətlərinə daxildir. 2018-ci il oktyabr ayında 20 regionda aktiv fəaliyyətə başlayan Aqrar İnkişaf Könüllüləri artıq bu hədəflər uğrunda çalışan 1600-dən çox gəncdən ibarətdir.

Aqrar İnkişaf Könüllüləri universitetlərdə ardıcıl olaraq görüşlər keçirərək gənc kadrların formalaşması və onların karyera addımlarının stimullaşdırılması üçün təbliğat kompaniyası da apararaq müxtəlif istiqamətlərdə layihələr həyata keçirir. Beləki aztəminatlı ailələrə  yardım, sosial-ictimai məsuliyyət yönümlü, “Ailələri sevindirməyə, üzlərində sevinc yaşatmağa hazırıq” sloqanı ilə icra edilən “Kənd Sovqatı” layihəsini buna misal göstərmək olar.  Bundan əlavə, Aqrar sahədə ixtisaslaşmış gənc kadr potensialının artırılması məqsədilə “Aqrar İxtisaslaşmış Jurnalistlər”,  “Gənc Aqronomlar Məktəbi”, gübrələrdən düzgün istifadə etmək, torpaqlarda məhsuldarlığın artımına nail olmaq üçün laboratoriyalardan istifadənin vacibliyini aşılamaq məqsədilə keçirilən “Mobil Laboratoriya”, aqrar sahədə data analitikası təbliğini bağlı iki mərhələli şəkildə keçirilən “Aqrodata”, aqrar təhsilin təbliği, gənclərdə özünə inam hissinin formalaşdırılması və sağlam düşüncəli, təhsil və karyerada uğurlu gənc nəslin yetişdirilməsinə töhfə vermək məqsədilə keçirilən “AİM” (Aqrar İnkişaf Məqsədləri) kimi layihələr keçirilmişdir. Həmçinin Təşkilat Asan Könüllüləri Təşkilatı, Gənclər üçün Təhsil Mərkəzi, Grand Motors, Azərsun, AzərCansa kimi qurumlarla, o cümlədən Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Bakı Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti kimi təhsil müəssisələrilə əməkdaşlıq memorandumu imzalamış və uyğun olaraq birlikdə addımlar həyata keçirir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)