4 Noyabr 22:19

“Aqrar İnnovatorlar” layihəsinin qeydiyyatına start verilir!

“Aqrar İnnovatorlar” layihəsinin qeydiyyatına start verilir!

Layihənin məqsədi aqrar sahədə innovasiyanın tətbiqi, beynəlxalq sferada təcrübədən keçmiş startap tətbiqləri, startaplarla bağlı risklər və tətbiqlərin müəyyən edilməsi, gənc sahibkarların aqrar sahədə uğurlu biznes qurmalarını təmin etməkdir. Layihənin ilkin mərhələsi mütəxəssislər tərəfindən aqrar iqtisadiyyat, analitik materiallarla işləmək, aqrar sahə üzrə fundamental biliklərin aşılanması və startap müəlliflərinin iştirakçılarla görüşündən ibarət olacaqdır. Layihənin ikinci mərhələsində iştirakçıların müxtəlif müasir müəssisələrdə və Aqroparklarda ekskursiyaları baş tutacaqdır.
Layihədə iştirakçı olmaq istəyən şəxslər qeydiyyat linki vasitəsilə müraciət edə bilərlər. Qeydiyyat anketini dolğun dolduran müraciətçilər müsahibə mərhələsinə dəvət olunacaqlar!

Qeydiyyat linki 08.11.2019 tarixinə qədər keçərlidir.

https://forms.gle/Jc78gRi39nZXJbMi8

Bəyən və paylaş

Rəylər

rəy(lər)