21 May 16:54

Aqrar sahədə innovativ ideyası və layihəsi olanların diqqətinə

AgroX Proqramının əsas məqsədi  innovasiyalardan və rəqəmsal texnologiyalardan istiafdə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə, aqrar idarəetmənin təkmilləşdirilməsinə, qərarların daha effektiv və çevik formada qəbul edilməsinə  dəstək göstərməkdir.
Bu məqsədin reallaşması üçün aqrar sahə üzrə biznes ideyalar toplanacaq, seçilmiş biznes ideyaların reallaşmasına, innovasiyaların təşviq edilməsi və tətbinə və aqrar startapların inkişafına köməklik göstəriləcək.
Agro İnnovation Lab gələcəkdə aqrar istiqmətli startap ekositemin formalaşmasını nəzərdə tutub.

Proqram çərçivəsində Kənd Təsərrüfatı Nazilriyinin açıq məlumat bazaları və yer səthinin müşahidə peykindən əldə olunan informasiyalar üzərində müxtəlif aqrar problemlərin həllinə kömək edə biləcək infromasiya –məlumat yönümlü layihələrin , veb və mobil həllərin işlənməsi də təşviq olunacaq.
Proqram çərçivəsində bir səra məlumatlandırıcı sessiyaların, təlimlərin, Universitetlərdə görüşlərin, Agro Hackathon Müsabiqəsinin və bir sıra digər tədbirlərin  keçirilməsi nəzərdə tutulur.

Ətraflı

Bəyən və paylaş

Rəylər

rəy(lər)