AQRAR UNİVERSİTETDƏ İLHAM ƏLİYEV VƏ AZƏRBAYCAN GƏNCLİYİ MÖVZUSUNDA İNŞA MÜSABİQƏSİ KEÇİRİLİB

Azərbaycan Dövlət Aqrar Universitetində “İlham Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa müsabiqəsi keçirilib. Müsabiqədən əvvəl iştirakçılarla görüşən ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov deyib  ki, gənclik hər bir dövlətin gələcəyidir. Onlara yaradılan şərait ilk növbədə dövlətin gələcəyinə təminat, idarəetmənin zaman-zaman gəncləşməsinin təsdiqidir. Elə bu səbəbdən də Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirilir. Həqiqət budur ki, indi Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilir. Təbii ki, gənclik ilk növbədə ali təhsil müəssisələrində formalaşır, əldə etdikləri bilik və bacarıqları ilə dövlətin enerjili, bütün dəyərlərə malik aparıcı qüvvəsi kimi cəmiyyətdə yerini tutur.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə təhsil müəssisəsində vaxtaşırı gəncliyə göstərilən etimad və onlara yaradılan şərait barədə disskusiyalar keçirilir, inşa müsabiqələri təşkil edilir. Məqsəd isə müasir gəncliyin düzgün, vətənpərvər ruhda formalaşmasını zənginləşdirmək, onların ideya-siyasi dünya görüşünə töhfələr verməkdir. Bu gün keçirilən və bütün fakültə və ixtisaslar üzrə 700-dən artıq 1-ci kurs tələbəsinin iştirak etdiyi müsabiqədən əvvəl münsiflər heyəti iştirakçılara mövzun mahiyyəti, dəyəri və aktuallığı barədə, dövlət gənclər siyasəti, gənclərin öz bilik və bacarıqlarını, potensialını reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə qəbul edilən prioritetlər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib və gənclərə müsabiqədə uğurlar arzulayıb.

Müsabiqədən əvvəl monitorlarda İlham Əliyev və Azərbaycan gəncliyi adlı slaydın nümayişi isə bir növ tələbələrin inşanı yazmazdan əvvəl yaddaşının təzələnməsinə kömək, təqdim edilən mövzuya aid istiqamət xarakteri daşıyıb.

Demək yerinə düşər ki, müsabiqədə qaliblər üçün  3 yer nəzərdə tutulub və bu yerləri tutan tələblərin mükafatlandırılmasına qərar verilib.

Bir cavab yazın

Back to top button