13 Sentyabr 13:20

“Aqro Sosial Media Marketinq” layihəsinə iştirakçı qəbulu elan edilir

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı “Aqro Sosial Media Marketinq” layihəsinə iştirakçı qəbulu elan edir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC-nin tərəfdaşlığı, “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”nın maliyyə dəstəyi və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə keçiriləcək. Layihə 23-30 sentyabr arasında Bakı şəhərində təlimlərlə başlayıb, Xaçmaz, Quba, Qusar regionlarında ekskursiyalara davam edəcək.
İştirak etmək istəyən şəxslər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, iştirakçı sayı məhduddur. İlkin qeydiyyat mərhələsini uğurla başa vuran namizədlər müsahibəyə dəvət olunacaq.
Qeydiyyat üçün keçid: https://forms.gle/1YJpAheJp4u9x3KY9

Qeydiyyat üçün son tarix: 18 sentyabr, 18:00

Bəyən və paylaş

Rəylər

rəy(lər)