Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.
Namizədə qarşı tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
Dil bilikləri: Azərbaycan dili (əla);
Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini20 avqust2021-ci il tarixinədək email-in mövzu hissəsindəAqro və mikro kreditlər üzrə mütəxəssis (Gəncə-Qazax rayonu)qeyd edərək[email protected]elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.