Aqronom vakansiyası

Vakansiya: Aqronom

Şirkət: AZ Agromila MMC

Əlaqədar şəxs: Rüfət Qasımov

Ölkəmizdə, organomineral və organik gübrə istehsalını həyata keçirən  Şirkətimiz üçün aktiv Aqronom vakansiyası mövcuddur.

Əmək haqqı: Razılaşdırılma yolu ilə İş barədə məlumat

– Gübrə bazarının araşdırılması: Hal hazırda bazarda olan məhsullar, bazarın həcmi və bazarın potensial imkanları;

– Bazarda olan məhsulların təhlili: İstehsalçılar, tərkib, mümkün olan əvəzləyicilər;

– Gübrələr, Herbisidlər, fungisidlər, insektisidlər və s. onların təsiredici maddələri və istifadəsi sahəsində bilik və təcrübə

– Regionlarda topdan və pərakəndə satışın təşkili planı. Planın həyata keçirilməsi üçün tələb olunan struktur, insan resursları və maddi texniki baza;

 

– Müştəri bazasının yaradılması və genişləndirilməsi;

– Azərbaycanda yaşamalıdır (regionlara səyahət edə bilməlidir, müştərilərlə yüksək səviyyədə ünsiyyəti qura bilməli)

– Sürücülük vəsiqəsi olması (B kateqoriyası) və aktiv şəkildə avtomobil sürə bilməli

Namizədə tələblər:

– Kənd təsərrüfatı sahəsində ali təhsil (Aqrokimya ixtisasına üstünlük veriləcəkdir);

– Mövcud sahə üzrə minimum 5 il iş təcrübəsi;

– Yaş: 25-50 yaş arası;

– Dil bilikləri: Azərbaycan dili,(Rus dili arzu olunandır)

– İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran.

İş qrafiki:

– Bazar ertəsi – Cümə: 9:00 – 18:00 – Şənbə : 10.00 – 16.00

Maraqlanan namizədlər mövzu yerində “Aqronom” yazmaqla öz cv-lərini [email protected] (Mob:+994512019914) ünvanına göndərə bilərlər.

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervuya dəvət ediləcəklər.

Bir cavab yazın

Back to top button