16 May 14:08

ARAZ Supermarket MMC Maliyyəçi-Analitik vakansiyası elan edir

ARAZ Supermarket MMC Maliyyəçi-Analitik vakansiyası elan edir!

İş yeri: Bakı şəhəri

İş təcrübəsi: 3 il

Təhsil: Ali iqtisadi təhsil

 

İşin Təsviri: Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları təhlil edərək maliyyə modelləri və qiymətləndirmə üçün zəmin yaratmaq, yeni biznes imkanlarını, iqtisadi trendləri araşdıraraq tətbiqi yollarını təklif etmək.

 

Vəzifə öhdəlikləri:

  • İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatlar hazırlamaq;
  • Müəssisənin maliyyə vəziyyətini iqtisadi təhlil etmək;
  • Qənaət rejiminin təmin edilməsilə bağlı hesabatlar əsasında təkliflər vermək;
  • İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq.

 

Tələblər:

  • Maliyyə/Biznesin idarəedilməsi sahələrində bakalavr dərəcəsi;
  • Beynəlxalq maliyyə üzrə F3-Financial Accounting, F2-Management Accounting sertifikatları;
  • Minimum 1 il müvafiq sahədə peşəkar təcrübə;
  • Maliyyə hesabatlarının təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları;
  • Analitik və strateji baxış bacarıqları;
  • Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
  • Yüksək səviyyəli analitik bacarıqlar;
  • Potensial investisiya imkanları üzrə maliyyə və iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
  • Rus və ingilis dili biliyi;
  • MS Office kompüter proqramları biliyi.

 

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük, 09:00 – 18:00, şənbə günü növbəli, qısa iş rejimi tətbiq olunur.

 

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Maliyyəçi-Analitik Edumap.az” yazıb göndərməklə və ya aşağıdakı linkə daxil olub şəxsi kabinet yaradaraq müraciət edə bilərsiniz.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)