30 Oktyabr 17:06

ARGTMŞ AZTV-YƏ İNFOTUR TƏŞKİL EDİR!

ARGTMŞ 5 noyabr tarixində növbəti “Məlumat turu”nu ölkəmizin ən qocaman televiziya və radiosu olan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə keçirəcəkdir.

Tur çərçivəsində 24 saat ərzində durmadan çalışan və peşəkar teleradioçulardan ibarət müxtəlif kollektivlərin orijinal və canlı iş rejimi ilə yaxından tanış olacaq, verilişlərin hazırlanması və efirə verilməsi qaydaları və mexanizmi barədə zəruri bilgilər almaqla yanaşı maraqlandırılan suallara yerindəcə cavab tapacaqsınız.

 

Məlumat üçün qeyd edək ki, ARGTMŞ-in “Məlumat turları” artıq ənənəvi xarakter almaqdadır. Ötən müddət ərzində infoturlar təşkil edilmişdir :

 

  • Azərbaycan Respublikasının Milli Məclisi
  • “Dövlət Bayrağı Meydanı” kompleksi
  • “Quba Soyqırım Memorial” kompleksi
  • “Sağlam Ailə” klinikası
  • “ASAN xidmət” mərkəzi
  • Azərbaycan Diplomatik Akademiyası (ADA),
  • Xalça Muzeyi
  • Binəqədi rayon İcra Hakimiyyəti
  • Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi
  • “Azərkosmos” ASC
  • Mərkəzi Seçki Komissiyası

 

Görüş yeri: “AzTV”nin qarşısı

Görüş saatı: 11:00

Vaxt: 5 noyabr

Qediyyat üçün son gün: 3 noyabr

İştirak etmək üçün qeydiyyatdan keçin: 

http://www.nayora.az/announcements2,125/lang,az/

Bəyən və paylaş

Rəylər

rəy(lər)