7 May 15:29

“Aroma brendinq – qoxusu hiss edilən reklam” adlı ÖDƏNİŞSİZ təlim

İstehlakçıların şüurlarında brendlərə yer ayırmaq əziyyətli prosesdir desək yalan olmaz. Bir çox marketoloqlar qurmuş olduqları brendlərin rəqiblərdən fərqlənməsi və rəqib brendlər üzərində üstünlük əldə edə bilmələri və individuallıqları üçün marketinqdə yeni strategiyalardan olan “aromabrendinq” dən istifadə edirlər.

Aromabrendinq – İstehlakçılara təsir etmək üçün unikal alətlərdən biridir. Elm adamlarının qənaətinə görə ətir insan yaddaşında şəkil və səsdən daha çox qalır. Yetər ki, insan bir ətiri duysun və hiss etsin. Bu qoxu elə həmin an onun yaddaşına köçür. Elə buna görə də mütəxəsislər brend menecerlərə öz brendlərini ətirləndirməyi və brend üçün seçilmiş unikal ətiri öz istehlakçılarının yaddaşına salmağı tövsiyə edirlər.

2010/2011 Niderland İnternational Marketing Academy A dərəcəli beynəlxalq marketinq mütəxəssisi, Marketinq və Satış üzrə təlimçi Famil Alməmmədov yalnız 1 gün “Aroma brendinq – qoxusu hiss edilən reklam” adlı təlim mövzusu ilə ofisimizin qonağı olacaq.

Təlimin modulları:
• Aroma brendinqdə məqsəd
• Mütəxəssislər aroma brendinqdə nəyə diqqət etməyi tövsiyə edirlər
• Aroma dizayn
• Aroma brendinqin tətbiq olunduğu sahələr
• Aroma brendinqin üstünlükləri hansılardır

Təlimin dili: Azərbaycan dili
İştirakçı sayı: 20 nəfər
Təlimin başlama tarixi: 12 may 2018 / saat: 11:00 – 13:00
Müddət: 1 gün, 2 saat, 15 dəqiqə çay fasiləsi
Son qeydiyyat tarixi: 11 may saat 18:00

Iştirak ÖDƏNİŞSİZDİR.
Qeydiyyat: +994704775500

TƏLƏSİN, yerlər məhduddur!

Əlavə məlumat:
www.ctc.edu.az
Tel: +99412 409 05 88
Mob: +99470 477 55 00
E-mail: [email protected]
Ünvan: F. Qasımzadə 46, Bakı şəh., AZ1007

Bəyən və paylaş

Rəylər

rəy(lər)