11 İyun 11:16

Art on the Board layihəsi keçiriləcək

“İnkişaf zamanı” proqramı və ABŞ-ın Bakıdakı səfirliyinin dəstəyi ilə Art on the Board layihəsinə start verildi! Layihə cəmiyyətimizin də ən ağrılı problemlərindən olan narkomaniya və alkoqolizmin zərərli təsirlərinə qarşı insanların maarifləndirilməsinə həsr olunmuşdur.Belə ki,tədbirdə iştirak edən hər kəs narkomaniyanın və spirtli içki aludəçiliyinin insanlara vurduğu fəsadları incəsənətin təsiri ilə anlayacaqlar.

Layihənin məqsədi narkomaniya və spirtli içki aludəçilərinin sayını azaltmaq,onları maarifləndirməkdən ibarətdir.Mövcud problem incəsənət vasitəsi ilə əks olunacaq.Belə ki,tədbirdə iştirak edərək siz həm rəssamlarımızın əl işləri ilə tanış ola biləcək,həm də musiqiçilərin xoş ifalarından zövq alacaqsınız.Tədbir zamanı iştirakçılara alkoqolsuz içkilərin verilməsi də nəzərdə tutulub.

Tarix:Tədbir 22 iyun tarixində saat 14:00-18:00 aralığında baş tutacaq.

Məkan:1984 PUB
Yaş məhdudiyyəti:16+

Layihənin koordinatoru:Cahandar Salahov
Əlaqə nömrəsi:051-563-31-26
QEYD:Tədbirdə iştirak tamamilə PULSUZDUR və heç bir qeydiyyat formu tələb olunmur.Sadecə qeyd olunan tarixdə 1984 PUB-da olmağınız kifayətdir.

Hər birinizi orada görmək diləyi ilə!

Bəyən və paylaş

Rəylər

rəy(lər)