12 İyun 15:06

ART Könüllü II proqramı üçün namizədlərin qəbuluna start verildi

ART Könüllü II proqramı üçün namizədlərin qəbuluna start veririk 
Yay aylarını səmərəli və çox fəal keçirmək istəyisinizsə, Sizi yaradıcı potensialınızı bizimlə reallaşdırmağa dəvət edirik. Proqram müxtəlif layihələrdə iştirak etməklə yanaşı, təsviri incəsənət, teatr, kino, musiqi və incəsənətin digər sahələrində layihələr üzrə əvəzolunmaz təcrübə qazanmaq üçün əlverişli imkandır
Təcrübə dövrü: 3 ay

İş qrafiki: həftədə 2 dəfə, 4 saatdan az olmayaraq. Sizi gözləyir:

Yaradıcı komandada iş

Müasir incəsənət aləminin tanınmış simaları ilə ünsiyyət imkanı

YARAT səhnəsində cəsur ideyalarınızın həyata keçirilməsi

Sertifikat (proqramı uğurla başa vuran şəxslər üçün)
Tələblər:
18-35 yaş arası namizədlər

Azərbaycan dili ilə yanaşı ən azı bir xarici dil (ingilis, rus və s.) bilmək vacibdir

Müraciətini CV formasında 21 iyun tarixinə kimi mövzu bölümündə “ART Könüllü “yazaraq [email protected] ünvanına göndərin və #YARAT ailəsinin bir parçası olun!
___________
#YARAT launches a call for candidates for ART Volunteer program II. If you want to spend the summer very useful and active we invite you to seize the opportunity. For detailed information see a link: http://www.yarat.az/index.php…

Bəyən və paylaş