1 Noyabr 20:22

ART Könüllü proqramı üçün namizədlərin qəbuluna start verildi

ART Könüllü proqramı üçün namizədlərin qəbuluna start veririk

Proqram müxtəlif layihələrdə iştirak etməklə yanaşı, təsviri incəsənət, teatr, kino, musiqi və incəsənətin digər sahələrində layihələr üzrə təcrübə qazanmaq üçün əlverişli imkandır
Təcrübə dövrü: 3 ay

İş qrafiki: həftədə 2 dəfə, 4 saatdan az olmayaraq
Sizi gözləyir:
Yaradıcı komandada iş
Müasir incəsənət aləminin tanınmış simaları ilə ünsiyyət imkanı
Cəsur ideyalarınızın həyata keçirilməsi
Sertifikat (proqramı uğurla başa vuran şəxslər üçün)
Tələblər:
18-35 yaş arası namizədlər
Azərbaycan dili ilə yanaşı ən azı bir xarici dil (ingilis, rus və s.) bilmək vacibdir Müraciətini CV formasında 15 noyabr tarixinə kimi mövzu bölümündə ” ART Könüllü Edumap.az ” yazaraq [email protected] ünvanına göndərin və YARAT ailəsinin bir parçası olun!

Bəyən və paylaş

Rəylər

rəy(lər)