Cümə axşamı, 21 Avqust, 2025

"Art Management" layihəsi çərçivəsində silsilə vebinarlar davam edir


  • Dərc edildi: 28 Sentyabr, 2021 - 14:22
"Art Management" layihəsi çərçivəsində silsilə vebinarlar davam edir

"Art Management" layihəsi çərçivəsində silsilə vebinarlar davam edir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 1 oktyabr 2021-ci il saat 15:00-da “Art Management” layihəsi çərçivəsində “Müəllif hüquq qanunvericiliyi haqqında” mövzusunda vebinar baş tutacaq. Layihə çərçivəsində baş tutacaq təlim Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəyli tərəfindən keçiriləcək. Qeyd etmək lazımdır ki, “Art Management” layihəsinə yaradıcı şəxslərin bu sahə üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə start verilib. “Zoom” tətbiqi vasitəsilə keçiriləcək treninqdə dinləyici qismində iştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün “Art Management” başlığını qeyd etməklə ([email protected]) elektron-poçt ünvanımıza müraciət etmələri xahiş olunur. Art Management” layihəsi çərçivəsində baş tutan vebinarlar barədə məlumatları Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), "Facebook" və "İnstagram" sosial media hesablarından izləmək mümkündür.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 198
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7127
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1852
Azərbaycan Texnologi...