6 Sentyabr 17:15

“ART Payız” sərgisi

Payız incəsənət adamlarının ən çox sevdikləri mövsümdür. İlin bu fəslinə xas olan al-əlvan rənglər Port Baku Mall-u “ART Payız” sərgisinin təşkilinə sövq etdi.

“ART Payız” sizi 5 tam fərqli aləmə qərq olmağa imkan yaradır. Art festival çərçivəsində Port Baku Mall-da aşağıda qeyd olunan sərgilər keçiriləcək:

– 3 – 11 sentyabr rəssam Nazim Məmmədovun xatirəsinə həsr olunmuş sərgi;

– 17 sentyabr – 2 oktyabr Afət Bağırovanın – Retrospektiv sərgisi;
– 8 – 23 oktyabr tanınmış fotoqraf Orxan Aslanovun – “My Azerbaijan” adlı sərgisi;
– 29 oktyabr – 9 noyabr İrina Eldarovanın – “NEFT=HOLLIVUD=GÜC” adlı sərgisi;
– 12 – 27 noyabr Pərviz Hüseynovun və İrina Qundorinanın – “961,8°C” adlı sərgi.

Festivalın iş rejimi: 3 sentyabr – 27 noyabr, saat 10:00-dan 22:00-dək.

Giriş pulsuzdur

Bəyən və paylaş

Rəylər

rəy(lər)