#
20 Avqust 10:59

“Art Prospect – Bakı Urban Olum – Yenidən Düşün, Yenidən Et, Canlandır” festivalı

Azərbaycan dilində belə bir ifadə var. “Qurban olum” -istəyini reallaşdırmaq üçün hər şeyini qurban edə bilən şəxs. Festivalın mövzusu olan “Urban (şəhər) olum”, eyni ifadədən ilhamlanaraq şəhər sakinlərini, öz yaşadıqları əraziləri yerli idarələrlə birlikdə formalaşdırmağa səsləməkdir. Festivalın məqsədi, şəhər məkanında mövcud olan boşluqları, ictimai incəsənət vasitəsi ilə həll etməkdir. İki həftə ərzində baş tutacaq layihə müddətində 6 sənətçi (4 yerli və 2 beynəlxalq) öz ideyaları üzərində Bayıl camaatı və yerli qurumlarla birlikdə işləyəcəkdir. Festival prosesi və layihələrin təqdimatı müddətində iştirak edəcək yerli və xarici auditoriya, Bayıl zonasının turistik potensialını üzə çıxartmağa təkan verəcəkdir.

 

TƏŞKİLATÇI

Art Prospekt platforması rəsmi olaraq 2017-ci ilin Fevral ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində CEC Artslink təşkilatının bir qrup layihə rəhbərləri və Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Qırğızıstan, Qazaxıstan, Moldova, Tacikistan, Ukrayna və Özbəkistandan olan incəsənət mütəxəssislərinin işbirliyi nəticəsində yaranmışdır. Bu ölkələrdən olan on iki təşkilat və fərdi kuratorlar yenicə yaranan incəsənət şəbəkəsinin yaradıcı üzvləridir.  Onların məqsədi sənət və sosial fəaliyyətlərin insanların şəhər həyatının bir hissəsinə çevrilməsinə necə təkan verə biləcəyini göstərməkdir. 2012-2016-ci illər ərzində Sankt-Peterburqda keçirilən Art Prospekt Festivalının keçirilməsi ilk dəfə olaraq Rusiyadan kənarda Bakı, Azərbaycan və Bişkek, Qırğızıstanda planlaşdırılır.

TƏRƏFDAŞ

PİLLƏ urbanistik platforması 2015-ci ildə yaranmışdır. Komanda, urbanistik araşdırmaları əhatələyən mövzular üzərində çalışır.

Memarlıq studiyası olaraq PİLLƏ alternativ yerli platforma kimi fəaliyyət göstərir. Platformanın istəyi, insanlarla qarşılıqlı əlaqədən müxtəlif ideyaları inkişaf etdirmək, şəhər məkanlarının istifadəsində yeni düşüncələri əmələ gətirmək, şəhər strukturlarının və ictimai davranış formalarını araşdırmaqdır.

 SEÇİLƏN ƏRAZİ

Bayıl, Bakı şəhərinə aid olan,  şəhər mərkəzinə yaxın yerləşən və şəhərin digər rayonlarından özünəməxsus abu-havası ilə seçilən bir qəsəbədir. Burada köhnə, 19-cu əsrin sonuna və 20-ci əsrin əvvəllərinə aid tikililər – konstruktivizm, Stalin ampiri və son zamanlar inkişaf etmiş özəl tikinti sektoru tikililəri ilə birgə yerləşir. Yığcam aşağı mərtəbəli binalar, kəskin relyefdə yerləşərək çoxlu sayda pilləkən dəhlizləri ilə birlikdə çoxsəviyyəli küçə terrasları yaradır. Bayılın pilləkənləri və digər ictimai məkanları hal-hazırda atılmış vəziyyətdə olmasına baxmayaraq, yenidən düşünmə və canlandırma üçün çox böyük potensiala malikdir.

 

LAYİHƏLƏRİN ŞƏRTLƏRİ

Azərbaycanda yaşayan rəssamlar və memarlar Festivalda iştirak etmək üçün müraciyət edəbilərlər.

Layihələr üçün ən çox qiymətləndirilən xüsusiyyətlər:

-yerli sakinlərin həyat tərzini araşdıran

– ictimai məkanlara yeni baxış təqdim edən və bu yerlərin potensial inkişafını və təkminləşdirilməsini memari və ya incəsənət formasında təklif edən;

– fərqli sosial qruplara (marjinal icmalar, təqaüdçülər, evdar qadınlar ,uşaqlar və s.) aid olan yerli sakinlərə öz rayonunun inkişafında iştirak etməyi,  onların maraqlarını əhatə edən təkliflər

-sonradan insanların ağıllı bir sosiallaşma üçün istifadə etməyə imkan verən bir struktur

İştirak etmək üçün formanı doldurun

SON VAXT: 31 Avqust 2017

iştirak haqqı PULSUZDUR

QONORAR 200$

e-mail: [email protected]

artprospect.org

cecartslink.org

Festival təşkilatçıları:PİLLƏPlatforma Art Prospekt, CEC ArtsLink-in dəstəyi ilə

DAHA ƏTRAFLI:  LİNK

Bəyən və paylaş

Rəylər

rəy(lər)