#
28 Yanvar 09:16

ART Yoga / İrina Berezina

YARAT Müasir İncəsənət Mərkəzi Sizə art-yoqadan təlim kursu keçməyi təklif edir.

Məşğələ yanvarın 30-da başlayır saat 10:00-dan 12:00-a kimi keçiriləcək.

Kursa qəbul pulsuzdur, qeydiyyat tələb olunmur. Yalnız məşğələyə gələrkən özünüzlə birgə yoga matlarını gətirməyə unutmayın!

Məşğələnin təlimçisi – İrina Berezina rəqs təlimçisi, aerobika məşqçisi, psixoloq, bir də yoqa müəllimi ixtisasları üzrə təhsil almışdır. Yoqanın əsaslarını və fəlsəfəsini o, hələ erkən uşaqlıq dövründə dərk etməyə başlamışdı – o çağlarda İrinaya yoqanı anladan və bu işdə ona yol göstərən 90 yaşına kimi ömür sürmüş babası olmuşdu. İrinanın babası yoqa ilə İkinci Dünya Müharibəsindən sonra məşğul olmağa başlayıb ömrünün sonuna kimi bunu davam etmişdi.

İrinanın məqsədi – fiziki halından və yaşından asılı olmayaraq istənilən dinləyicilərə onların şüuru ilə təhtəlşüur mənlikləri arasında vəhdət qurmaq cəhdlərinə köməklik göstərməkdir; adamı öz vücuduna və insani təbiətinə qarşı sevgi/hörmət/idrak və razılıq ilə davranmaq mədəniyyətinə cəlb etməkdir – ruhi və fiziki sağlamlıq uğrunda, ən yüksək səviyyəli həyat tərzinə yiyələnmək üçün, bəxtəvər və uzun ömürlü həyat sürmək naminə.

İrinanı yoqadan dərs deməyə ilhamlandıran həm Şərqin, həm də Qərbin məlum vücud-şüur texnikalarıdır, o cümlədən: somatik və ya Feldenkrayz metodu, anti-stress zəka üsulları, hatha yoqa, koreyalıların “Kouk Son Do” yoqası, klassik və müasir rəqs texnikaları, eləcə də dzen meditasiyası.

Yeni mənliyinizin qapılarını açmaq üçün İrinaya qoşulun! Yolunuzu gözləyirik!

30 yanvar, 2016-cı il
saat 10:00-da 12:00 kimi
YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)