ARTİ-də strateji tədqiqatlar şöbəsi baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsildə strateji tədqiqatlar şöbəsi baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ARTİ-nin Təhsildə strateji tədqiqatlar şöbəsi təhsilin bütün pillə və səviyyələri üzrə müxtəlif mövzularda tədqiqat təkliflərini qiymətləndirir və tədqiqatlar aparır, həmçinin tədqiqatların icrasına nəzarəti həyata keçirir. Vəzifə öhdəlikləri: • Tədqiqat istiqaməti üzrə elmi yenilikləri və trendləri izləmək; • Tədqiqat təklifləri hazırlamaq; • Təhsilin müxtəlif pillə və səviyyələri üzrə fərqli mövzularda tədqiqatlar (nəzəri və tətbiqi) aparmaq; • Datanın (məlumat) yığılması, sistemləşdirilməsi və təhlilini həyata keçirmək; • Data təhlilinin nəticələri əsasında hesabatlar hazırlamaq; • Multidisiplinar xarakterli tədqiqat layihələrinin icrası zamanı komandalarda iştirak etmək. Tələblər: • Təhsil istiqamətində ali təhsil (minimum magistratura); • Təhsil sahəsində minimum 3 il təcrübə; • Tədqiqat metodlarını peşəkar səviyyədə bilmə və tətbiq etmə; • Data analizi proqramları haqqında məlumatlı olma və istifadə edə bilmə; • Yerli və beynəlxalq indeksli jurnallarda dərc olunmuş məqalələrə sahib olma; • Azərbaycan dili və ingilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı; • Analitik və strateji düşünmə və problem həll etmə bacarığı; • Müstəqil və komanda mühitində işləmək bacarığı; • Təşəbbüskarlıq bacarığı. Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən 31.01.2022-ci il tarixinədək CV-lərini[email protected]elektron poçt ünvanına “Baş mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur. Yalnız yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.
____________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az